azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

8 Ekim 2008 Çarşamba

İranın «Bəsic» və «Qüds azadlıq hərəkatı»nın üzvləri İsrail və ABŞ əleyhinə yönəlmiş hərbi təlimlər keçirib

İranın «Bəsic» və «Qüds azadlıq hərəkatı»nın üzvləri İsrail və ABŞ əleyhinə yönəlmiş hərbi təlimlər keçirib

İsrailin xüsusi xidmət orqanları bəyan edib ki, Fələstində tutulmuş terrorçuların əksəriyyəti İran ərazisində peşəkar təlimatçıların rəhbərliyi altında məşqlər keçmiş şəxslərdir


İranın, öz sıralarına gələcək şəhidləri cəlb etməyə çalışan könüllülər təşkilatlarının nümayəndələri bu həftə geniş təlim məşqləri keçiblər. Newsru.com informasiya agentliyi xəbər verir ki, təlimlərdə onlar guya özünə qəsd edir, eləcə də ABŞ və İsrail əskərlərilə döyüşüblər. Təlimlərdə «Bəsic» qruplaşması, «Qüdsün azadlıq hərəkatı»na daxil olan bir neçə qrup iştirak edib. Manevrlər zamanı kiçik mobil qrupların mümkün döyüşlərdəki hərəkətləri üzərində məşqlər həyata keçirilib. Xəbər verilir ki, proses itştirakçılarının üzərində Kalaşnikov avtomatları və qumbaralar olub. Bundan başqa, təlimlərdə əsil pirotexnika ilə yanaşı (fişənglər), məşq üçün nəzərdə tutulan «şəhid kəmər»lərindən, sıradan çıxmış tankdan istifadə edilib. Təşkilatçıların sözlərinə görə, onların əsas məqsədi - İsrail və ABŞ-ın mümkün müdaxiləsi zamanı İranın müdafiəsinə qalxmaqdır, buna isə əlində silah tutmağı bacaran hər bir vətəndaş hazır olacaq.
Məlumatda həmçinin deyilir: «İran rəsmiləri dəfələrlə bəyan ediblər ki, bu cür təşkilatlara minlərlə könüllü yazılıb və sionistlərlə amerikalılara qarşı istənilən mübarizəyə hazır olduqlarını deyib. Onların əksəriyyəti dinc sakinlər olsa da, bəziləri indidən İraq və İsrail ərazisində təxribatlara öyrədilir. İsrailin xüsusi xidmət orqanları dəfələrlə İranda təlim məşq keçmiş Fələstinli silahlıları saxlayıblar. Onların hamısı İran İslam inqilabı korpusunun peşəkar təlmatçılarının rəhbərliyi altında dərs alıblar».

Newsru.com informasiya agentliyi xəbər verir ki, belə təşkilatların sırasına əsasən yeniyetmələr gəlir. Lakin üzvlər arasında yaşlılar və qadınlar da az deyil. /ANS PRESS/

Hiç yorum yok: