azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

7 Ekim 2008 Salı

Milli fəallar Ərdəbil İnqilab Məhkəməsinə çağırılıb

Milli fəallar Ərdəbil İnqilab Məhkəməsinə çağırılıb


Oktyabrın 2-də Güney Azərbaycan Milli Hərəkatının 6 fəalı - Əsgər Əkbərzadə, Behruz Əlizadə, Ərdəşir Kərimi, Hüseyn Hüseyni, Vədud Səadəti və Rəhim Qulami Ərdəbil İnqilab Məhkəməsinə çağırılıblar.
Onlar Güney Azərbaycan türklərinin milli və mədəni haqlarını tələb etməkdə günahlandırılırlar. Soydaşlarımızın məhkəmə iclasını oktyabrın 4-də Ərdəbil İnqilab Məhkəməsində hakim Ətayi keçirəcək. Xatırladaq ki məhkəməyə çağırılan soydaşlarımız milli fəaliyyətlərinə görə 2006, 2007 və 2008-ci illərdə İran təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə həbs edilərək işgəncə və təzyiqlərə məruz qalıblar. Uzun müddət qanunsuz olaraq "Ettelaat"ın təcridxanasında saxlanılan milli fəallar külli miqdarda girov müqabilində müvəqqəti azadlığa buraxılıblar. Həmin milli fəalların həbsilə bağlı Beynəlxalq Əfv Təşkilatı bəyanat verərək, onların dərhal azadlığa buraxılmalarını da tələb edib. Rəhim Qulami şəhid ailəsi olmasına baxmayaraq, indiyədək milli fəaliyyətlərinə görə 5 dəfə həbs edilərək ağır işgəncələrə məruz qoyulub və 18 ay müddətinə azadlıqdan məhrum olunub. Bu arada İran təhlükəsizlik qüvvələrinin iki ay öncə Təbriz şəhərində həbs etdiyi azərbaycanlı tələbə fəalları - Səccad Radmehr, Aydın Xacei, Fəraz Zehtab, Daryuş Hatəmi və başqalarının sorğu-sual müddətinin uzadılması haqda qərar qəbul edilib. Bu məlumatı Azərbaycan Siyası Məhbuslarını Müdafiə Komitəsi (ASMEK) "Ettelaat"ın Təbrizdəki baş idarəsinin təcridxanasında saxlanılan Aydın Xaceinin qardaşına istinadən yayıb. ASMEK məhbus Aydın Xaceinin qardaşı Ramin Xaceiyə istinadən fəalların vəkillə təmin olunmadığını da bildirir. Qurum tələbə fəallarının təkadamlıq kameralarda saxlanıldığını, təmiz havaya çıxmaq imkanlarının olmadığını, eləcə də onların ailə üzvlərilə görüşməsinə icazə verilmədiyini vurğulayır. Təbriz Universitetinin başqa bir tələbəsi Əmir Mərdaninin də oxşar durumda olduğu bildirilir. İsfahan Universitetinin azərbaycanlı tələbəsi Məcid Makuyizadın qardaşı isə onun saxlanılma şəraitindən narahat olduğunu söyləyib. "Azad Təbriz"in məlumatına görə, azərbaycanlı fəalların işinin araşdırılması üçün ayrılmış xüsusi müstəntiq Haşımzadə istintaq müddətinin daha iki ay uzadılması haqda qərar qəbul edib. Bunu Haşımzadə həbsdə olan fəalların valideynlərini qəbul edərkən bildirib. Məhbus valideynlərinin müstəntiq Haşımzadə ilə görüşü onların inadlı tələbləri və Təbriz İnqilab Məhkəməsinin binası qarşısında gündəlik piketlərindən sonra baş tutub. "Öyrənci"nin yaydığı xəbərlərə görə isə Təbriz Universitinin texnika fakültəsinin tələbələri Mənsur Əminian və Maqsud Əhdininin ümumiyyətlə harada saxlanılması barədə dəqiq məlumat yoxdur. Bundan başqa, həbsdə olan fəalların yaxınlarına insan haqları qurumları və mətbuata məlumat sızdırmamaq haqda hədələyici xəbərdarlıqlar olunduğu da qeyd edilir. Məhbusların yaxınları və insan haqlarını müdafiə qurumları "Ettelaat" təcridxanalarında saxlanılan siyasi məhbuslara qarşı fiziki və ruhi işgəncələr verilməsilə bağlı narahatlıq keçirdiklərini söyləyir. Onu da qeyd edək ki, bir neçə gün öncə məhbus valideynləri həbsdə olan övladlarına işgəncə verilməsindən narahatlıq ifadə edərək, İranın Ali Məhkəməsinin sədrinə, Dövlət Divanına və İranın Baş Prokurorluğuna açıq məktub ünvanlamışdı.

Turqut

Hiç yorum yok: