azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

8 Ekim 2008 Çarşamba

İRAN PARLAMENTİNDƏ PUL QALMAQALI. SƏDR ƏLİ LARİCANİ: «NƏ VAR-NƏ VAR, DEPUTATLARA BİR ALMA və ya XİYAR VERMİŞİK»

İRAN PARLAMENTİNDƏ PUL QALMAQALI. SƏDR ƏLİ LARİCANİ: «NƏ VAR-NƏ VAR, DEPUTATLARA BİR ALMA və ya XİYAR VERMİŞİK»


Həsən Kamran


İran parlamentarlarının hər birinə gizlicə 100 milyon tümən (təxminən 100 min dollar) pul verilməsi xəbərini ictimaiyyətə açıqlayan isfahanlı deputat Həsən Kamran həmkarlarının qəzəbinə gəlib.

«Media forum» saytının məlumatına görə, H.Kamran parlamentdə oktyabrın 6-da etdiyi çıxışında deputalara pul paylanmasını ədalətsiz hərəkət, israfçılıq adlandırıb: «Deputatlara 100 milyon tümən verilir. Onları seçən vətəndaşlar isə nə qədər çalışsalar da, hökumətdən 1 milyon tümən (təxminən 1000 dollar) kredit ala bilmirlər».

Parlamentin başqa deputatı Möhsün Kuhkən çıxış edərək bu pulun tam bəxşiş olmadığını vurğulayıb: «Məbləğin 50 milyon tüməni deputatlara əvəzsiz verilsə də, qalan məbləğin 30 milyon tüməni kredit şəklində, 20 milyon tüməni isə avtomobil almaq üçün ayrılıb».

Qalmaqalı yatızdırmaq üçün çıxış edən parlament sədri Əli Laricani deputatlara bu məbləğin verilməsini dəstəkləyərək onların da cəmiyyətin yoxsul təbəqəsinə aid edildiyini vurğulayıb: «Bu kiçik məsələ üstündə belə qalmaqal və hay-küyü başa düşmürəm. Nə olub ki? Nə var-nə var, deputatlara bir alma və ya xiyar vermişik. Buna görə bu qədər hay-küy salmağa nə ehtiyac var?»

Son məlumatlarda parlamentin dünənki və bugünkü iclaslarında bəzi deputatların H.Kamranı kobud atmacalarla təhqir etdiyi bildirilir.




«Media forum»

Hiç yorum yok: