azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

7 Ekim 2008 Salı

TEHRANA ABŞ İSTEHSALI OLAN HƏRBİ TƏYYARƏDƏ GƏLƏN İRAQ PARLAMENTİNİN SƏDRİNİ GÖYDƏN GERİ QAYTARIBLAR

TEHRANA ABŞ İSTEHSALI OLAN HƏRBİ TƏYYARƏDƏ GƏLƏN İRAQ PARLAMENTİNİN SƏDRİNİ GÖYDƏN GERİ QAYTARIBLAR


Mahmud əl-Məşhədani


Asiya ölkələri parlament rəhbərlərinin Tehran toplantısına qatılmaq üçün oktyabrın 6-da İrana uçan İraq parlamentinin sədri Mahmud əl-Məşhədaninin hərbi təyyarəsinin Xomeyni aeroportuna enməsinə icazə verilməyib. «Media forum» saytının məlumatına görə, hərbi təyyarə aeroport səmasında bir neçə dəfə fırlanaraq Bağdada qayıdıb.

İranın İraqdakı səfiri parlament sədrinin qayıtmaq məcburiyyətində qalmasını onun sıx qrafiki, o cümlədən Suriyaya səfəri ilə əlaqələndirsə də, İran parlamentinin deputatı Möhsün Kuhkən jurnalistlərə açıqlamasında təyyarənin yerə enməsinə icazə verilməməsini başqa cür şərh edib. M.Kuhkən dərinə getməyərək təyyarənin növünə işarə vurub. Bir sıra ekspertlər İraq parlament sədrini Tehrana gətirən təyyarənin ABŞ istehsalı olduğunu vurğulayıblar.

Son məlumatlara görə, M.Əl-Məşhədani bu gün səhər başqa bir təyyarə ilə Tehranın Mehrabad hava limanında yerə enib. O, aeroportda jurnalistlərə açıqlamasında təyyarənin dünən Bağdada qayıtmasını bir sıra texniki problemlərlə əlaqələndirsə də, bu barədə ətraflı izahat verməkdən imtina edib.




«Media forum»

Hiç yorum yok: