azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

8 Ekim 2008 Çarşamba

İran və ABŞ əməkdaşlıq edirlərmiş

İran və ABŞ əməkdaşlıq edirlərmiş
Tehran 11 sentyabrdan sonra ABŞ-ın ən yaxın müttəfiqlərindən biri olub

11 sentyabr terror aktlarından sonra İran məmnuniyyətlə ABŞ-la əlaqələr quraraq “əl-Qaidə” terror təşkilatı ilə mübarizədə ona kömək edirmiş. Lent.az-ın “CBS News”ə istinadən verdiyi məlumata görə, bu barədə Yaxın Şərq üzrə ekspert və diplomatik xidmətin keçmiş əməkdaşı Hillari Mann Levert bildirib.

Levertin sözlərinə görə, İran hökuməti Əfqanıstandan qaçan terrorçuları həbs edirmiş. Tutulanların çoxu İrandan deportasiya edilib. Bundan əlavə, rəsmi Tehran 300 adamın pasport məlumatlarını toplayaraq BMT-nin o zamankı baş katibi Kofi Annana təqdim edib. Annan isə öz növbəsində məlumatları Vaşinqtona ötürüb. İran amerikalılara tutulan bəzi şəxsləri dindirməyi də təklif edib.

Levertin sözlərini 2001-ci ilin sonunda Əfqanıstan mövzusunda Corc Buşun təmsilçisi olan Ceyms Dobbins də təsdiq edib. Onun sözlərinə görə, İran Taliban hökumətinin devrilməsi və Həmid Karzay hökumətinin qurulması üçün ABŞ-a hərtərəfli kömək edib.

Buna baxmayaraq ABŞ hökuməti İranı “şər üçbücağı” siyahısına daxil edib və Tehranla hər hansı diplomatik münasibətin bərpası ideyasını rədd edib.

LENT.AZ

Hiç yorum yok: