azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

7 Ekim 2008 Salı

Cənubi Azərbaycan ziyalılarının həbsi və hərəkatın xarakteri

Cənubi Azərbaycan ziyalılarının həbsi və hərəkatın xarakteri

Cənubi Azərbaycan ziyalılarının həbsi və hərəkatın xarakteri Qaynaq: www.araztm.org İranda etnik problemlərin artdığı bir zamanda milli hərəkat fəallarına təzyiqlərin güclənməsi davam edir. Artıq hakimiyyət sadəcə siyasi hərəkat iştirakçılarına qarşı yox, həm də ziyalı təbəqəyə təzyiqlərini gücləndirib.Sentyabrın 10-da Tehranın Nəvvab küçəsində iftar qonaqlığı vərən Güney Azərbaycanlı fəal Səyyad Məhəmmədianın evində 20-yə yaxın şair, yazıçı, jurnalist və siyasi fəal birlikdə həbs edilib. Tutulanların hazırda harda saxlandığı bilinmir. Onların ailələrinə və vəkillərinə də həbs olunma səbəbləri və hansı şəraitdə saxlanıldıqları haqda heç bir məlumat verilməyib. Qeyri-rəsmi mənbələrə görə həbs olunanlar Tehranın Evin həbsxanasında ETTELAAT-ın nəzarətində saxlanırlar. Tutulanlar arasında «Yaşmaq» jurnalının baş redaktoru Səid Muğanlı, çapına qadağa qoyulmuş «Dilmanc» jurnalının baş redaktoru Əlirza Sərrafi, «Ulus» tələbə qəzetinin baş redaktoru Hüseyn Heydəri, hüquq müdafiəçisi Həsən Rəhimi, şair və müəllim Mehdi Nəimi, «Varlıq» jurnalının yazarları Əkbər Azad və Həsən Raşedi, mühəndis Məhəmməd Abbaspur, Şahbaz İbrahim Nejad, Yusif Huşyar, Fərhad Rzai, Rubab Əzimi, Səyyad Məhəmmədiyan, Abbas Nəimi, Əkrəm Nəccari də var. Həbs olunanlar bununla məhdudlaşmayıb. Sentyabrın 10-da ETTELAAT əməkdaşları İranın Kərəc şəhərində də Miyanalı fəal, hüquq müdafiəçisi Həsən Rəhimi Bayatı həbs edərək naməlum istiqamətə aparıb. H. R. Bayat indiyədək İranda həbs olunan Azərbaycanlı siyasi məhbuslarla bağlı bir neçə dəfə xarici mətbuata müsahibə vermişdi. İranda siyasi məhbusların müdafiə komitəsi ASMEK hadisələrlə bağlı hesabat yayıb. Hesabatda Tehran şəhərində 20-yə yaxın milli fəalın həbsə alınmasıyla son iki ayda bu ölkədə həns olunan Azərbaycanlı yazar, jurnalist, insan hüquqları müdafiəçisi və tələbələrin bir çoxunun adını da açıqlanıb. İyulun 17-dən bəri ən azı 10 Azərbaycan Türkü tələbə həbs olunub. Tutulanlardan Vədud Əsədi və Şahrux Hatəmi sərbəst buraxılmış, digər 8 tələbə isə “Ettelaat”ın müxtəlif təcridxanalarında saxlanılırlar. Məhbusların ailələri onlara verilən işgəncələrə görə nigarançılıqlarını bildiriblər. Hətta iyulun 17-də Təbriz Universitetində tutulan Səccad Radmehr, Fəraz Zehtab, Aydın Xaceyi və Dariyuş Hatəmi (Elçin), avqustun 20-də həbsə alınan Mənsur Əminian və Məqsud Əhdi, avqustun 13-də Təbrizdə tutulan Əmir Mərdani və avqustun 31-də Xoy şəhərində həbs olunan Məcid Makuyi Zadın (Elyar Xoylu) ailələri İran Məhkəmə Sisteminin sədri, ayətullah Haşimi Şahrudiyə açıq məktub yazıblar. Ailələr məhbuslara yaxınlarıyla göruşməsini və vəkillə təmin olunmasını tələb ediblər”. Hesabatda həmçinin vurğulanır ki, məhbusların ailələrinə onların haqqında hər hansı məlumat verməmək üçün hədə-qorxu gəlinir. Hazırda İranın müxtəlif həbsxanalarında Abbas Lisani, Mehdi Nuri (Elman), Həmid Rustəmi (Arğış), Höccətülislam Əbduləziz Əzimiqədim, Arif Ulufi, İbrahim Cəfərzadə, İbrahim Rəşidi (Savalan), Məhəmməd Nəsiri, Əli Əbbasi kimi tanınmış milli fəallar saxlanılmaqdadır. Avqustun 30-da isə daha bir milli fəal Əhməd Hüseynpur Təbriz şəhərində tutulub və hazırda onun harada saxlanıldığı bəlli deyil. Şübhəsiz ki, İranda təzyiqlər yalnız Azərbaycanlılara qarşı yönəlməyib. İranda digər etnik qüvvələr də mərkəzi hakimiyyətin təzyiqlərinin artmasından narazıdır. Azərbaycanlılara təzyiqlərin artmasının və digər xalqlara nisbət daha çox Azərbaycanlı ziyalı və tələbənin həbs olması və eləcədə Azərbaycanlılarıa qarşı indiyə qədər bir neçə şübhəli terrordan başqa sərt cəza verilməməsi də müzakirə abyekti ola bilər. Hərəkatın Azərbaycanda genişliyi və daha çox şəhər və vilayəti eləcə də paytaxtın özünü əhatə etməsi Azərbaycan milli azadlıq hərəkatının rejim üçün böyük təhlükə hesab olunduğu məlumdur. Azərbaycan milli azadlıq hərəkatının səviyyəsi və ziyalılığı eləcədə xalq arasında yayilması, kütləviləşməsi və irəliləmə tempi digər etnik mübarizələrdən fərqli olan və özünə məxsus xüsusiyyətlərdən hesab olunur. Bu mübarizə sərd mübarizə yollarını rədd edərək sivil mübarizə üsullarına sadiq olaraq irəliləyir. Bu səbəbdən xarici qüvvələrin də maraqları xaricindədir. Məsələn Kürd, Bəluç və Ərəb etniklərin mübarizələri silahlı mərhələlərə qədəm qoyduğundan, bir çox hallarda məhv edilibsə də, Azərbaycanlıların mübarizəsi indiyə qədər öz inkişaf tempini qoruyub saxlamağa və xalq arasında geniş iz buraxmağa nail olub. Onu da qeyd etmək lazəmdər ki, Azərbaycan milli azadlıq hərəkatının xaricdəki qolu daxildəkindən daha sərt və daha radikal olduğundan iki cəbhə arasında məsafə də yaranıb. Buna baxmayaraq mübarizənin bu formatda davam etməsi daxili xaricdən asılı olma riskindən və hakimiyyətin müxtəlif ittihamlarından qorumaqla yanaşı hakimiyyətin daxildə mübarizə aparan insanlara xaricdən idarə olunma damğası vurma ehtimalını da demək olar sıfıra endirib. Elə bu səbəbdən yetkililər milli fəallara yetərli qanuni ittiham tapmaqda acizlik çəkirlər. Bütün təzyiqlərə baxmayaraq Cənubi Azərbaycan milli hərəkatı yükslən xətlə inkişaf edir. Yeni həbslər və təzyiqlərin artması bunu sübut edir ki, “İran” hakimiyyəti belə bir təhlükənin ciddiliyini qəbul edərək əks tədbirlər həyata keçirməyə başlayıb. Yalnız hərəkat tam qanun çərçivəsində getdiyindən və yalnız insan hüquqları mövzusunu qabartdığından hakimiyyətin sərt əks tədbirləri mümkün olmayacaq. Digər tərəfdən hüquq mühafizə orqanlarında çalışan Azərbaycanlıların sayca çox olmaları da mərkəzi hakimiyyətin işini bir az çətinləşdirir. İnsan faktorunu nəzərə alsaq istintaqı aparan Azərbaycanlı müstəntiqin Azərbaycanlı milli fəalın faktları qarşısında hissiyata qapanma ehtimalı və milli hislərinin oyanması ehtimalı yüksəkdir. Bütün bunlar hərəkatın gələcəyi ilə əlaqədar ümidlərin artmasına səbəb olur.

Hiç yorum yok: