azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

7 Ekim 2008 Salı

İRAN QƏRBİ DİALOQ MƏDƏNİYYƏTİNİN YOXLUĞUNDA QINAYIR

İRAN QƏRBİ DİALOQ MƏDƏNİYYƏTİNİN YOXLUĞUNDA QINAYIR


İranın Qərblə nüvə müzakirələri aparan heyətinin rəhbəri, Ali Milli Təhlükəsizlik Şurasının sədri Səid Cəlili Avropa Birliyinin xarici siyasət komissarı Xavyer Solanaya ünvanladığı məktubda Qərbin İrana qarşı siyasətini tənqid edib.

«Media forum» saytının məlumatına görə, S.Cəlili Qərb ölkələrini dialoq mədəniyyətinin yoxluğunda günahlandırıb: «Dialoq mədəniyyəti olmadığından bir sıra fövqəldövlətlər məntiq əvəzinə təzyiqə üz tutublar. Ancaq nüvə müzakirələrində təzyiq heç bir nəticə verməyəcək».

Ali Milli Təhlükəsizlik Şurasının sədri uranı zənginləşdirməyin tam qanuni olduğunu vurğulayıb: «Dialoq prosesində məntiqi bir sual ortaya qoyulanda qarşı tərəf cavab vermək əvəzinə təzyiqə meyl göstərməyə başlayır. Bu isə onların İranın məntiqi suallarına hər hansı bir cavabı olmadığını göstərir».

Uranı zənginləşdirməyi davam etdirdiyi üçün BMT Təhlükəsizlik Şurası İrana qarşı 4 qətnamə qəbul etsə də, Tehran həmin qətnamələri rədd edərək nüvə fəaliyyətinin dinc xarakter daşıdığını bildirib.




«Media forum»

Hiç yorum yok: