azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

7 Ekim 2008 Salı

FRANSADAN TEHRANA XƏBƏRDARLIQ

FRANSADAN TEHRANA XƏBƏRDARLIQ
Bernar Kuşner: “Nüvə bombası İranı xilas etməyəcək”

İran nüvə bombasına malik olsa belə, İsrailin hücumundan yaxa qurtara bilməz. Bu haqda Fransanın xarici işlər naziri Bernar Kuşner bildirib. İsraildə səfərdə olan fransalı nazir deyib ki, onun fikrincə, İranın nüvə silahı əldə etmək səyləri mənasızdır: “Çünki bu silah İran üçün immunitet ola bilməz. İlk növbədə ona görə ki, bomba hazır olmazdan əvvəl İsrail İrana zərbə endirəcək. Bu haqda Təl-Əviv dəfələrlə xəbərdarlıq edib, İranda da bunu yaxşı bilirlər”.
İsrail mətbuatına müsahibəsində Kuşner bildirib ki, İranı nüvə proqramlarından çəkindirmək üçün sərt diplomatiyaya və sanksiyalara ehtiyac var. Onun sözlərinə görə, nüvə silahına malik İran yolverilməzdir, lakin bunun qarşısını almaq üçün ən yaxşı yol diplomatiyadır: “Əvvəl bombalayıb sonra danışmaq yaxşı metod deyil”.
Xatırladaq ki, son vaxtlar İsrailin İrana qarşı hərbi əməliyyatlara başlayacağı haqda xəbərdarlıqlar eşidilir. Müxtəlif mənbələrin məlumatlarında deyilir ki, İsrail İranın nüvə obyektlərini sıradan çıxarmaq üçün hava əməliyyatlarına hazırlaşır, hətta bu yaxınlarda İsrailin İranı vurmasını ABŞ prezidenti Corc Buşun müdaxiləsi əngəlləyib. İsrail İrana qarşı mümkün hərbi əməliyyatlar üçün hazırlıqlar aparır. Məlum olub ki, yəhudi dövləti ABŞ-dan radarlarla yaxalanmayan və hədəfi böyük yüksəklikdən vuran “F-35” təyyarələri alacaq. Bu addım İranın Rusiyadan “S-300” raketləri almaq barədə danışıqlar aparmasına cavabdır. “S-300” raketləri İsrailin malik olduğu “F-16” təyyarələrinə qarşı effektlidir, lakin “F-35” təyyarələrini vurmağa qadir deyil. İranda isə İsrailin və ya ABŞ-ın hücum edəcəyi haqda məlumatlara inanmırlar. Xarici işlər naziri Manuçehr Möhtəki bildirib ki, o, belə hadisənin baş verə biləcəyi ehtimalına inanmır. Möhtəki ABŞ-ın İranla nüvə danışıqlarına birbaşa qoşulmasını da müsbət hadisə adlandırıb. O əlavə edib ki, İran istənilən təcavüzün qarşısını almağa qadirdir.
Siyasət şöbəsi
musavat

Hiç yorum yok: