azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

6 Ekim 2008 Pazartesi

" ABŞ-da yaşayan azərbaycanlılar çalıışırlar ki, Barak Obama prezident seçilməsin"



" ABŞ-da yaşayan azərbaycanlılar çalıışırlar ki, Barak Obama prezident seçilməsin" Tomris Azəri - Tomris xanım, bu il ABŞ-da fəaliyyət göstərən Azərbaycan disaporasının 51 ili tamam olur. İcmanın 51 illik yolunu necə dəyərləndirirsiniz? - Elədir ki, var. Ötən il Nyu-York şəhərində 50 illik yubileyimizi qeyd etdik. Bunun üçün Azərbaycan Prezidenti bizə çox böyük dəstək verdi. Disaporamız günü-gündən güclənir.gördüyümüz işlərdə az deyil. Lakin buna baxmayaraq, disapora hələ də mənim görmək istədiym vəziyyətdə deyil. Hələ də həll olunmayan problemlərimiz var. Düzdür, çalışırıq ki, bu problemləri vaxtında həll edək. amma çalışmaq hələ hər şeyin yaxşı olması demək deyil. - Hələ kifayət qədər güclü olmayan Azərbaycan disaporası tanınmış, sözünü deyə, siyasətini yürüdə bilən erməni disaporasının ölkəmizin əleyhinə apardığı əks-təbliğatın qarşısında hansı işləri görür? - Doğrudur, bu fikirlə razıyam ki, erməni disaporası həqiqqətən də hər baxımdan güclüdür. Onların ABŞ-ın hər ştatında nüfuzlu himayədarları, təşkilatları, birlikləri var. Hər bazar günü ermənilər bir araya gəlib problemlərin müzakirə edir, Azərbaycan əleyhinə əks-təbliğat aparmağın yeni formalarını tapırlar. Bizim isə öz binamız və məscidimiz olsa da, görəcəyimiz işlər üçün yararsızdır. Təşkilatımızın yerləşdiyi bina təmirsizdir, təmir üçün isə vəsaitimiz yoxdur. Buna görə də biz bir yerə yığışıb toplantılar keçirə bilmirik. Bizim də imkanlı şəxslərimiz var, amma heç kim kömək etmir. Əgər yerimiz yaxşı olsa, gənclər yığışar, işimizi davam edərlər. ABŞ böyük dövlətdir. Onun hər ştatında, hər şəhərində disaporamızın fəaliyyət göstərməsi üçün məkan olmalıdır ki, azərbaycanlılar da yığışıb müxtəlif tədbirlər keçirə bilsinlər. - Bildiyimiz kimi ABŞ-da prezident seçkilərinin keçirilməsinə çox az vaxt qalıb. Amerikalı azərbaycanlıların seçildiyi təqdirdə ermənilərə dəstək duracağını deyən ermənipərəs Barak Obamaya münasibəti necədir? - ABŞ-da yaşayn azərbaycanlılar çalıışırlar ki, B.Obama prezident seçilməsin. Biz namizədlərdən Con Makkeyni dəstəkləyirik. Amma nə olursa-olsun, Obamanın «erməni genosidi»ni tanyıyacağına da inanmırıq. Bu bir dövlətin rəyidir, prezident isə dövlətin mənafeyindən çıxış etməlidir. Birdə ki, kim ABŞ-ın ermənilərə görə Türkiyə kimi qüdrətli bir dövlətlə münasibətlərini korlayacağına inanar? Bu, sadəcə, seçilmək üçün verilən vəddən başqa bir şey deyil. - Çıxışlarınızın birin də dediniz ki,erməni disaporası hesab edir ki, türkiyə-ermənistan münasibətləri nə qədər yaşı olsa da, bu onların yarasının qanını kəsmiyəcək. Siz Abdulla Gülün İrəvana səfərini əhəmiyyətsiz hesab edirsiniz? - Məncə Abdulla Gülün Ermənistana etdiyi səfər yanlış addımdan başqa bir şey deyil. Ermənilər indi güclü təbliğatla məşğuldurlar. Deyirlər ki, türklər səhv etdiklərini anladılar. Onlar bunu öz xidmətləri hesab edirlər. Türkiyənin ermənilərə son yanaşmasına qarşı ermənilər özünü çox yüksəltdi. Hər yerdə lovğalanaraq dedilər ki, baxın, ermənilər nə qədər yaxşı bir millətdir ki, düşməni olan Türkiyəni qəbul elədi. Onlar bu səfərdən öz mənafeləri naminə əməlli-başlı istifadə etdilər. Yəni qarşımızda çox hiyləgər, güclü təbliğat aparan bir düşmən var. Təbii ki, bunları bilərək işlərimizi yürütməliyik. İnşallah, torpaqlarımızı da qaytararlar. Amma bu iş bir az çətindir. ABŞ Konqresində Amerika-Azərbaycan dostluq qrupu var, bu qrupların sayı günü-gündən artır. Gürcüstanda baş verən son hadisələrdən sonra Azərbaycana orada daha çox önəm verilir. Ümumimiyyətlə, Amerikada Azərbaycana və azərbaycanlılara qarşı çox gözəl münasibət var. - Səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə görüşlər keçirdinizmi? - Bura mənim Vətənimdir. İmkan tapan kimi gəlirəm. Bu səfrimdə isə Bakıya Ailə Qadin və Uşaq Dövlət Komitəsinini sədri Hicran Hüseynovanını dəvəti ilə gəlmişəm. Azərbaycanını birinci xanımı Mehriban Əliyeva, Milli təhlükəsizlik naziri, mədəniyyət və turizm naziri ilə görüşlər keçirdim. Bu görüşlərin nəticəsindən isə məmnun qaldım. Gülnaz Qənbərli ANSPRESS

Hiç yorum yok: