İran iqtisadiyyatı çökür
Ölkə əhalisinin 25 faizi yoxsulluqdan aşağı vəziyyətdə yaşayır
İranın dünyanın güclü dövlətlərilə rəqabətə girməsi bu ölkənin iqtisadiyyatına mənfi təsir göstərib. İranda ərzaqın 30 faiz bahalaşdığı bildirilir. Hazırda burada ətin kilosu 8, toyuq əti isə 4 dollardır. Bir müddət əvvəl İran Mərkəzi Bankının məlumatında da bu öz əksini tapıb. Belə ki, bankın məlumatında ölkədəki 65 milyon nəfərin 25 faizinin yoxsulluq həddindən aşağı yaşaması bildirilib. Təbriz sakini, Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalı Mustafa Əvəzpur bildirib ki, karbohidrogen ehtiyatlarına görə dünyanın ikinci dövləti olan İranda belə yoxsulluqdan ən çox zərər çəkən azərilərdir. Hazırda inflyasiyanın 25 faiz təşkil etdiyi İranda prezident Mahmud Əhmədinejad hakimiyyətə gələrkən bu rəqəm 12 faiz olub. Elə əhalinin böyük qismi də böhranlı vəziyyətin yaranmasının səbəbini prezidentdə görür.
İranda zərgərlər tətilə başladı
Onlar verginin artırılmasına etiraz edir
İran hökumətinin vergiləri artırması zərgərlərin də narazılığına səbəb olub. Belə ki, artıq Təbriz, İsfahan və Tehranın zərgərləri tətilə başlayıblar. Yayılan məlumata görə, sənətkarlar 3 faizlik yeni verginin ləğvini tələb edirlər. Onlar bildiriblər ki, vergini ödəməli olsalar, əvəzində malın qiymətini qaldırmaq məcburiyyətində qalacaqlar, bu isə müştərilərin itirilməsinə səbəb olacaq: "Biz illik qazancımızın 25-30 faizini hökumətə vergi veririk. Bunun 3 faiz də artırılması həm bizə, həm də müştərilərə, həm də bizə ikiqat zərər vuracaq". Zərgərlər qərar dəyişdirilmiyənədək tətili davam etdirəcəklərini bildiriblər. Son məlumatlara görə, kütləvi tətillərdən ehtiyatlanan hökumət rəsmiləri zərgərlərini nümayəndələri ilə görüşdə yeni vergi layihəsini üç ay müddətinə dayandırmağa hazır olduqlarını bildiriblər. ("OLAYLAR"İA)

11 Ekim 2008 Cumartesi
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder