azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

6 Ekim 2008 Pazartesi

ABŞ prezidenti Corc Buş 700 milyardlıq xilas paketinin təsdiqindən sonra radio ilə xalqa müraciət edib

ABŞ prezidenti Corc Buş 700 milyardlıq xilas paketinin təsdiqindən sonra radio ilə xalqa müraciət edib

Ağ ev rəhbəri bildirib ki, bu planın yerinə yetirilməsinə ayrılan 700 milyard dollar böyük məbləğ olsa da, onun yalnız kiçik hissəsi sadə vergi ödəyicilərinin hesabına ödəniləcək Amerikalıların ölkənin iqtisadi durumu və öz maliyyə vəziyyətlərilə bağlı narahatlıqlarını bildirdiyi bir vaxtda C.Buş maliyyə böhranının yüngülləşəcəyini deyib. Prezident özünün həftəlik radio müraciətində amerikalıları maliyyə sektorunu xilas etməyi nəzərdə tutan 700 milyard dollarlıq planın düzgün addım olduğuna əmin etməyə çalışıb. «Bu addımı atmaqla biz iqtisadiyyatımızı bərpa edə bilərik. Administrasiya mümkün qədər cəld hərəkət edəcək. Lakin paketin xeyiri dərhal və bütünlüklə hiss edilməyəcək. Federal hökumət xilas paketi ilə bağlı düşünülmüş addımlar atacaq». Qeyd edək ki, Buşun təqdim etdiyi yardım planında hökumətin böhran keçirən maliyyə qurumlarının investisiyalarını almasına imkan yaradılır. Bu addım kredit bazarı və investorlarda inamı bərpa etmək və iqtisadi inkişafa yenidən təkan vermək məqsədilə atılır. Maliyyə naziri Henri Polson deyib ki, proqramın həyata keçirilməsinə nəzarət etmək üçün dərhal ekspertləri işə cəlb edəcək. Uoll Strit şirkətlərinin yenidən gəlir əldə etməsi, belə görünür ki, ən yaxşı halda bir ay ərzində başlaya bilər. Qanun layihəsinin birinci variantı Konqresin Nümayəndələr Palatasında qəbul edilməmişdi. Lakin Senatda bir sıra düzəlişlər edildikdən sonra plan Palatada təsdiq olundu.

Hiç yorum yok: