azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

8 Ekim 2008 Çarşamba

HOLLİVUDDA FİLMƏ ÇƏKİLƏN İRANLI AKTRİSA AMERİKADAN QAYITMADI

HOLLİVUDDA FİLMƏ ÇƏKİLƏN İRANLI AKTRİSA AMERİKADAN QAYITMADI


Nyu-Yorkda «Yalanlar məcmuəsi» filminin premyerasına qatılan gənc aktrisa Gülşiftə Fərahani «Daily News» qəzetinə açıqlamasında İranı həmişəlik tərk etdiyini və bir daha ölkəsinə qayıtmayacağını bildirib.

«Media forum» saytının məlumatına görə, bir neçə ay əvvəl məşhur ingilis kinorejissoru Ridli Skottun «Yalanlar məcmuəsi» adlı filminə çəkildikdən sonra Hollivud rejissorlarının diqqətini cəlb edərək onlardan çoxlu təklif alan G.Fərahani İrana qayıtmamaq qərarının səbəbini açıqlayıb: «Mən bu filmə çəkildiyim üçün çoxlu problemlərlə üz-üzə qaldım. İran rəsmiləri pasportumu əlimdən alaraq xarici səfərimə mane olmağa çalışırdılar. ETTELAAT əməkdaşları dəfələrlə məni dindirərək müxtəlif bəhanələrlə mənə əziyyət verməyə çalışırdılar».

Gənc aktrisa İranı sevdiyini desə də, bir daha vətənə qayıtmayacağını deyib: «Mən İranın aşiqiyəm. Ailə üzvlərim də orada yaşayır. Lakin belə bir şəraitdə ölkəyə qayıtmağa ehtiyatlanıram. ABŞ-da qalmaq qərarına gəlmişəm».

Yeri gəlmişkən, G.Fərahaninin premyerada hicabsız iştirakı İran rəsmilərinin qəzəbinə səbəb olub. Hökumətyönlü qəzetlər aktrisanı tənqid edərək onu ölkənin islami heysiyyətinə xələl gətirdiyini yazıblar.

GÜLŞİFTƏ FƏRAHANİ -
İranda



ABŞ-da









«Media forum»

Hiç yorum yok: