azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

7 Ekim 2008 Salı

ETTELAAT hərəkatçını ələ almaq istəyir

ETTELAAT hərəkatçını ələ almaq istəyir


Ehsan Nəcəfiyə əməkdaşlıq təklif olunub
4-5 gün bundan öncə Təbriz universitetinin qarşısında həbs edilən Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Ehsan Nəcəfi barədə hökm çıxarılıb. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, hərəkatçı 2 ay ETTELAAT-ın təcridxanasında saxlanılacaq. Təhlükəsizlik idarəsinin zabitlərindən biri maraqlı bir açıqlama verib ki, əgər ETTELAAT-la əməkdaşlıq etsə, hərəkatçı daha tez azadlığa çıxa bilər.








Ələvilərin durumu ağırdır


İranda şiə-cəfəri olmayanlar təqib edilir. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, Urmiya türməsində saxlanan beş ələvinin durumu ağırdır. İbadəli Qasımzadə, Səhəndəli və Baxşəli Məhəmmədi qardaşlarının durumunun lap ağır olduğu bildirilir. Qeyd edək ki, məhbuslar bir neçə gündür ki, aclıq aksiyasına başlayıblar.








İbrahim Rəşidi Urmiya həbsxanasındadır




Həbsdə olan Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri İbrahim Rəşidi hələ də Urmiya həbsxanasında saxlanılır.


GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, ana dili günündə həbs olunmuş hərəkatçının saxlanma şəraiti də ağırdır. Hazırda Urmiya həbsxanasının 12-ci şöbəsində saxlanılan İ.Nəcəfi "Ulduz" jurnalının baş redaktoru idi.

olaylar

Hiç yorum yok: