azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

9 Haziran 2009 Salı

Rasim Musabəyov: "Praqa görüşündən fərqli olaraq prezidentlərin Sankt-Peterburq görüşü normal keçdi"

"Qarabağ danışıqları dayandırılmayacaq"

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçirilən növbəti görüşünün də nəticəsiz başa çatması münaqişənin həllinə dair gələcək danışıqların taleyini sual altında qoyub.

Baxmayaraq ki, Azərbaycan və Ermənistan prezidentlərinin bir müddət əvvəl Praqada keçirdikləri görüşdən fərqli olaraq, Sankt-Peterburqda tərəflər arasında elə bir gərginlik yaşanmadı, bununla belə Rusiyanın danışıqlarda təşəbbüsü ələ almaq cəhdləri nəticə vermədi. Onu da qeyd edək ki, bəzi ekspertlər Sankt-Peterburq görüşünün də nəticəsiz başa çatmasından sonra danışıqlarda müəyyən qədər fasilənin yaranacağını bildirsələr də, əksinə, müzakirələrin bundan sonra daha da intensivləşəcəyini deyənlər də var. İrəli sürülən versiyalarda Fransa prezidenti Nikola Sarkozinin regiona gözlənilən səfəri zamanı münaqişənin nizamlanmasına dair yeni təkliflərlə çıxış etməsinin mümkünlüyü də istisna edilmir. Politoloq Rasim Musabəyov isə hesab edir ki, danışıqların dayandırılması ehtimalı yoxdur. Politoloq Sankt-Peterburq görüşünün nəticəsiz başa çatmasına baxmayaraq Praqadakı müzakirələrlə müqayisədə nisbətən normal keçdiyini bildirib. "Praqa görüşündən fərqli olaraq prezidentlərin Sankt-Peterburq görüşü normal keçdi. Nazir Elmar Məmmədyarova istinad etsək, bildirdi ki, Sankt-Peterburq danışıqları pozitiv xarakterli olub"- deyən Rasim Musabəyov danışıqların davam etdiriləcəyini bildirib. "Mən deyərdim ki, danışıqların nəinki dayandırılması ehtimalı yoxdur, əksinə danışıqlar bundan sonra daha da intensivləşəcək"- deyən politoloqun sözlərinə görə bu ayın sonlarında Fransa prezidenti Nikola Sarkozinin regiona edəcəyi səfər, eləcə də gələn ay ABŞ prezidenti Barak Obamanın Moskvaya gözlənilən səfəri DQ münaqişəsinin nizamlanması prosesi üçün də bir sıra yeniliklərlə müşayiət oluna bilər. ABŞ prezidentinin Rusiyaya səfəri zamanı Barak Obama və Dmitri Medvedyevin Cənubi Qafqaz regionundakı vəziyyətlə bağlı müzakirələr aparacaqlarını deyən politoloq DQ münaqişəsi ilə yanaşı, Gürcüstanla bağlı yaranmış vəziyyətin də nəzərdən keçiriləcəyini istisna etməyib. "Cənubi Qafqazla bağlı problemlər çoxdur və bu məsələlərin həlli Rusiya və ABŞ arasında ciddi müzakirə edilməlidir". Rasim Musabəyov hesab edir ki, ABŞ prezidentinin Rusiyaya səfəri zamanı Azərbaycan və Ermənistan prezidentləri arasında daha bir görüş keçirilə bilər. Politoloq həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaxın vaxtlarda regiona yenidən səfər etməsinin də gözlənilən olduğunu bildirib. Rasim Musabəyovun qənaətincə, həm Fransa prezidentinin regiona səfəri zamanı Azərbaycanda və Ermənistanda keçirdiyi görüşlərin, həm də ABŞ prezidenti Barak Obamanın Rusiyaya səfərinin DQ münaqişəsinin həllinə müsbət təsiri ola bilər. Politoloq son dövrlər Avropa İttifaqı və ABŞ-ın DQ münaqişəsinin nizamlanması ilə bağlı fəaliyyətini aktivləşdirməsini də müsbət hal kimi dəyərləndirir. Onun fikrincə, Qərb dövlətlərinin problemin həlli ilə bağlı səylərini artırması istər-istəməz Rusiyanın mövqeyinə də öz təsirini göstərəcək. Sankt-Peterburq görüşünün nəticəsiz başa çatmasının rəsmi Moskvanın problemin nizamlanmasında təşəbbüsü öz əlinə ala bilməməsi kimi şərh olunmasına gəlincə isə politoloq deyib ki, Rusiyanın Azərbaycanla bağlı səyləri əsasən Gürcüstanla bağlı idi. "Rusiyanın istəyi bu idi ki, Azərbaycanı öz yanına çəkməklə Gürcüstanı təkləsin. Amma Azərbaycan nümayiş etdirdi ki, belə məsələlərdə heç də Rusiyanın diktəsi ilə hesablaşmaq niyyətində deyil. Bunun nəticəsi isə təbii ki, özünü Rusiyanın DQ münaqişəsinin həlli ilə bağlı tutduğu mövqedə göstərir"- deyən politoloqa görə DQ münaqişəsinin nizamlanması ətrafındakı şəraitin dəyişib-dəyişməyəcəyi qarşıdakı proseslərdən asılı olacaq.

Vüsalə Rafiqqızı

Hiç yorum yok: