azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

8 Haziran 2009 Pazartesi

İranın təhdidlərinə cavab, yoxsa...

AZƏRBAYCAN XƏZƏRDƏ TƏLİMLƏRƏ BAŞLAYIR
Yaxın vaxtlarda Azərbaycan Xəzər dənizində genişmiqyaslı hərbi təlim keçirəcək. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin keçirəcəyi təlimdə Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyinin bir neçə gəmisinin də iştirakı nəzərdə tutulur. Hərbi təlimdə dənizdə gəminin zəbti, terrorçuların zərərsizləşdirilməsi, dənizdə infrastrukturların mühafizəsi kimi müxtəlif əməliyyatların icrası, həmçinin xüsusi təyinatlı qüvvələrin sahilə çıxarılması nəzərdən keçiriləcək. Məlumata görə, bu həm cəlb olunan gəmilərinin, həm də əməliyyatların müxtəlifliyinə görə Azərbaycanın Xəzərdə keçirdiyi təlimlərdən ən böyüyü olacaq.
Məsələ ilə bağlı rəsmi qurumlarla əlaqə saxlayıb dəqiqləşdirmə aparmaq istəsək də, bu, mümkün olmadı. Ancaq bəzi ekspertlər təlimlərin keçirilməsini son vaxtlar İranın Azərbaycana yönəlik təhdidləri və Tehranın Xəzərdəki mübahisəli “Alov” yatağında kəşfiyyat işlərini davam etdirəcəyinə cavab kimi qiymətləndirir. Qeyd edək ki, bir neçə il öncə İranın analoji addımının qarşılığında Türkiyə Azərbaycana dəstək verərərk “türk şahinləri”ni göstəri yapmaq üçün Azərbaycana göndərmişdi. Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, təlimlərin məhz İranın təhdidlərinə cavab olduğunu birmənalı şəkildə demək olmaz: “Məsələyə bu kontekstdən də baxmaq olar. Düzdür, İran artıq Xəzərdə müəyyən işləri həyata keçirməyə başlayıb. Ancaq fakt budur ki, Azərbaycan və İranın hərbi dəniz qüvvələrini müqayisə etmək düzgün olmazdı. Azərbaycan kiçik ölkədir”. Ekspertə görə, bu təlimlər son günlər ordu ilə bağlı məsələlərin gündəmdə olması ilə əlaqədardır: “Əslində bu, adi təlimdir. Genişmiqyaslı təlim odur ki, NATO və ya Türkiyə ilə birgə keçirilsin. Ancaq əgər əvvəl 4 gəmi dənizə çıxırdısa, indi 6 gəmi çıxacaq. Mən bu kimi təlimlərə normal baxıram. Üç qoşun növü iştirak edəcək və hərə bir konkret tapşırıq yerinə yetirəcək. Ancaq bunu şişirtməyə ehtiyac yoxdur”.
VÜQAR
musavat

Hiç yorum yok: