azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

8 Haziran 2009 Pazartesi

17 İL ÖNCƏ, 7 İYUNDA...

Günün şüarı da vardı: “Ümid var gələcəyə, səs verək Elçibəyə”

17 il öncə də iyun 7-si bazar günü idi. Həmin gün müstəqil Azərbaycanda ilk prezident seçkisi keçirilirdi.

7 iyun seçkisini çox vaxt “Elçibəyin seçkisi” adlandırırlar. Amma namizədlər çox idi: Əbülfəz Elçibəy, Yaqub Məmmədov, İlyas İsmayılov, Nizami Süleymanov, Rafiq Turabxanoğlu, Etibar Məmmədov və Tamerlan Qarayev. Sonunci iki namizəd səsverməyə 2 gün qalmış namizədliklərini Elçibəyin xeyrinə geri götürdülər.

7 iyun seçkisi bu günə qədər Azərbaycanda keçirilən ən kütləvi, qızğın, parlaq və halal seçki olaraq qalır. Ondan sonrakı seçkilərin hamısına hiylə və zor qarışdırılıb.

Düzdür, 17 il öncə keçirilən seçkinin üstünə də “saxtakarlıq iftirası” atıldı, müəyyən nöqsanların 10 qat şişirdilməsi hesabına seçkiyə kölgə salındı. Ancaq hər şey göz qabağında idi: Elçibəyin favorit olduğunu heç kəs danmırdı.

Üstəlik, o zaman dövlətin inzibati resursları da artıq Elçibəyin təşkilatının - AXC-nin əlində indi, bütün idarə və müəssisələr, büdcə təşkilatları istər-istəməz hakimiyyətdə olan qüvvənin namizədinə işləyirdilər.

Maraqlıdır, Yaqub Məmmədov parlament sədrliyindən istefa verməsəydi, həmin resurslaıdan o istifadə edəcəkdi və onun ən azı seçkinin ikinci turuna keçməsi təmin olunacaqdı.

Ancaq onun yerini seçkiqabağı təbliğat kampaniyasında seçicilərə fantastik vədlər vermiş Nizami Süleymanov tutdu. O, 30 faizdən artıq səs aldı və bu, özlüyündə fantastik nəticə idi. Adam bu qədər səsi təkbaşına, siyasi təşkilatı, tərəfdarlar ordusu, ictimai vəkillər dəstəsi olmadan qazanmışdı. Hakimiyyətdən kənarlaşdırılmış qüvvələrin bir hissəsi onun ətrafında toparlanmağa macal tapmışdılar.

Nizami Süleymanov seçkilərdən dərhal sonra seçicilərin 80 faizinin səsini aldığını iddia etdi. Ancaq bir neçə ildən sonra özü də etiraf etdi ki, tələbə qızı Elçibəyə səs verib. Beləcə, aydın oldu ki, hörmətli akademik öz ailəsində belə seçici səsinin yalnız 66,6 faizini toplayıb.

O vaxt seçkilərdə bir kvorum həddi vardı. Seçicilərin 50 faizdən artığı məntəqələrə gəlməsə, seçki baş tutmuş sayılmırdı. 7 iyun seçkisi yeganə seçkidir ki, bu baryeri xalqın fəallığının hesabına aşdı.

Məntəqə seçki komissiyasının sədr və katibləri sonradan danışırdılar ki, səhərdən axşamadək nahar etmədən, çay içmədən insanlara, növbəyə düzülmüş seçicilərə bülleten paylayıblar, axşam saat 8-də məlum olub ki, səsvermədə 50 faizdən bir az artıq seçici iştirak edib.

O zaman hər şey olduğu kimi protokollaşdırıldı. Nə seçicilərin iştirak faizi qaldırıldı, nə də Nizami Süleymanovun topladığı səslərin faizi az göstərildi.

Elçibəy prezident oldu. Ancaq o, özü demişkən, prezident işləyə bilmədi. Qoymadılar. Səlahiyyətinin icrasına başladıığı günün ildönümündə o, prezident postunu tərk etməli oldu.

Ancaq bu, tamam başqa söhbətdir. Bu gün ən yeni tariximizin ən dürüst, ən parlaq seçkisnin 17-ci ildönümüdür. Arzu edək ki, yaxın gələcəkdə ondan da dürüst, halal, qanuni seçkilər keçirə bilək.

P.S. Bu gün 17 il öncəki prezidentliyə namizədlərdən yalnız Əbülfəz Elçibəy aramızda yoxdur. Allah ona rəhmət eləsin.
N.K.
musavat

Hiç yorum yok: