azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

8 Haziran 2009 Pazartesi

ƏHMƏDİNEJADIN DEDİYİNƏ GÖRƏ, İRANDA AZƏRBAYCAN DİLİNİN TƏDRİSİNDƏN QORXUYA DÜŞƏNLƏR VAR

İyunun 7-də İran prezidenti Mahmud Əhmədinejad Təbrizə səfər edib. “Təxti” stadionunda tərəfdarları qarşısında çıxış edən M.Əhmədinejad Azərbaycanın İran tarixindəki əhəmiyyətindən və Azərbaycan türkcəsinin zənginliyindən danışıb.

“Media forum” saytının məlumatına görə, Azərbaycanın İranın müstəqilliyi və mədəniyyətinin inkişafı uğrunda fədakarlıq etmiş igidlər və mütəfəkkirlər diyarı olduğunu deyən M.Əhmədinejad vurğulayıb: “Azərbaycan ədəbiyyatı və mədəniyyəti İran xalqının, o cümlədən azad və ədalətpərvər xalqların misilsiz dəyərli xəzinəsidir”.

Çıxışının bir hissəsini Azərbaycan dilində söyləyən M.Əhmədinejad bəzilərinin Azərbaycan dilinin ali təhsil ocaqlarında tədris olunmasından qorxuya düşdüyünü də qeyd edib: “Azərbaycan dili ən mükəmməl, zəngin, dolğun və gözəl dillərdən biridir. Bu dil əslində İran xalqının mədəniyyətinin dayağıdır. Azərbaycan dili İran mədəniyyətinin sərmayələrindən biridir. Elə buna görə də mən Ali Mədəni İnqilab Şurasındakı dost və həmkarlarımdan bu dilin qorunması və ali təhsil ocaqlarında tədris olunması üçün şərait yaradılmasını xahiş etmişəm. Əlbəttə, onlar bu dilin tədris olunmasından nigaran olduqlarını deyiblər. Mən isə onlara bildirdim ki, siz nə üçün müstəmləkəçilik dili sayılan ingilis dilinin yayılması qarşısında susursunuz, Azərbaycan dilinin yayılmasından isə narahat olursunuz?”

M.Əhmədinejad 8 il Ərdəbil vilayətinin ostandarı olduğundan Azərbaycan türkcəsi ilə yaxından tanışdır.

İyunun 12-də İranda prezident seçkisi keçiriləcək. M.Əhmədinejadın əsas rəqibi azərbaycanlı namizəd, keçmiş baş nazir Mirhüseyn Musəvidir.

May ayının sonlarında İranın əyalətlərində fəaliyyət göstərən universitetlərdə qeyri-fars etnoslarının dilində, eləcə də Azərbaycan dilində kurslar təşkil etmək barədə qərar qəbul edilib. Qərar prezident M.Əhmədnicadın sədrliyi ilə keçirilən Ali Mədəni İnqilab Şurasının iclasında qəbul olunub. Qərar "Bölgə universitetlərində yerli dil və ədəbiyyat fənləri üzrə dərslərin təşkil olunmasına dair" adlanır.

Hiç yorum yok: