Kitabları cıran İranlı
İran əsilli ABŞ vətəndaşı Fərhad Həkimzadə 7 il ərzində Britaniyanin kitabxanalarındakı qədim kitablari istifadə üçün götürərək əməliyyat bıçağı ilə cırıb məhv edirmiş. (“Guardian”, 21 noyabr 2008, London)
"Guardian" qəzetinin yazdığına görə, İran əsilli ABŞ vətəndaşı Fərhad Həkimzadə Londonda yaxalanıb və məhkəməyə təhvil verilib.
Yazıda qeyd edilir ki, kifayət qədər zəngin olan Fərhad Həkimzadə XVI əsrə aid olan 150-dən çox tarixi kitab və əlyazmaları Biritanya Milli Kitabxanasından götürərək, məhv edib. Verilən məlumata görə, böyük akademik savadı olan bu adamın vurduğu zərərin qarşılığının ödənilməsi əsla mümkün olmayacaq. İş orasındadır ki, ilk baxışdan bunu anlamaq da kifayət qədər çətin olub - kitabların məhz bir neçə orta səhifələri cırılıbmış. Bu səhifələrdə orta əsrlərdə avropalıların İran, Beynəlnəhreyn və Moğol İmperiyasına olan səfərlərindən bəhs edilirmiş.
"Guardian"ın yazdığına görə kitabxananın akademik araşdırmaçıları mat-məəttəl qalıblar ki, nədən Harvard universitətini bitirən, naşir və araşdırmaçı olan bir iranlı əməliyat bıçağıyla uzun illər boyu kitabxanada qorunan kitabların canına düşsün.
Qəzetin yazdığına görə, 7 il boyunca davam edən bu ziyankarlığın maddi zərəri təxminən 400 min pound dəyərindədir. Amma kitabxananın mudirlərindən biri Dr. Kristian Jensenə gorə, yoxa çıxarılmış sənəd və xəritələr o qədər baha və dəyərlidir ki, onlara qiymət qoymaq əslində mümkün deyil.
Dr. Jensen əlavə edir ki, bu tarixi əşyalar həmişəlik məhv olub və onları heç bir pul qarşılığında əvəz etmək mümkün deyil. Məhv edilən sənədlər indi Orta Asiya və Çin dediyimiz ərazilərə avropalıların ilk səfərlərini özündə əks etdirir.
Olaya çox əsəbləşmişəm. Bu pis adam elə şeyləri məhv edib ki, onlar hamıya aididir.
Fərhad Həkimzadə İranda şah höküməti yıxılandan sonra ABŞ-a köçüb və hazırdabu ölkənin pasportunu daşıyır. O verdiyi izahatda 1998-ci ildən bu yana London Milli Kitabxanasından bir sıra qədim xəritələri və 10 qədim əlyazma kitabını, Oksfordun Bodleyan kitabxanasından 4 əlyazma kitabını gotürərək məhv etdiyini etiraf edib.
"Guardian" yazır ki, iyul ayında Həkimzadənin Londondakı evi araşdırılarkən onun dəyərsiz əlyazmaları içində bir neçə xəritə və qədim kitablardan qoparılmış bir neçə səhifə aşkarlanıb.
Hələ 2006-cı ilin iyun ayında bir kitab araşdirmaçısı xəbərdarlıq etmişdi ki, bir çox qədim kitabların bəzi səhifələri cırılıb və ortadan yox olub. O zaman bu işin kim tərəfindən edildiyi və daha hansı kitabların bu hala salındığını öyrənmək üçün bir araşdırma qrupu təşkil edilmişdi.
Mutəxəssislər elektron sistem vasitəsiylə kimlərin bu kitabları istifadə etmək üçün götürdüyünü təyin edərək, onların arasından kitabları istifadə üçün özüylə aparanları seçib istintaqa cəlb etmişdilər. Məlum olmuşdu ki, yoxa çıxan sənədlər təxminən eyni dövrü əhatə edir. O sənədlərdə isə avropalıların indiki Suriya və Banqladeşlə əlaqələrindən bəhs edilirdi. Yoxa çıxan bəzi səhifələrin qiyməti 32 min pound dəyərində ölçülür.
İstintaq nəticəsində müəyyən olunur ki, indiyə qədər 842 kitab götürən Həkimzadə ən azı 150 kitaba ziyan vurub. Bəzi səhifələr tapılsa da, əksəri həməşəlik məhv olmuşdu.
Bundan sonra kitabxana rəhbərliyi, o zaman İran Mədəniyyət Mərkəzinin (bu mərkəzi 1995-ci ildə İran mədəniyyətini təbliğ etmək üçün açmışdı) rəhbəri olan Həkimzadəyə bir məktub ünvanlayır. Həkimzadə cavab məktubunda heç nədən xəbəri olmadığını bildirəndən sonra, kitabxana rəhbərliyi polisə muraciət edir.
Dr.Jensen deyir: "Həkimzadə bizim daimi oxucularımızdan biri olub. O, bu sahədə dərin elmə malik idi ki, bu da onun cəzasını daha da ağırlaşdırır. Çünki o məhv etdiyi sənədlərin nə qədər mühüm olduğunı bilir. O bir araşdırmaçı kimi tarixi əsərləri oğurlamaq olan niyətində bizim etimadımızdan sui-istifadə edib."
Belə-belə işlər, dostlar. Bu xəbəri oxuyandan sonra özümi borcli bildim ki, onu tərcümə edim sizlərə də çatdırım. İş burasındadır ki, fars şovinistləri həmişə onlara tarix boyu zülm edildiyini, halbuki onlar dünyanın ən mədəni, ən savadlı və bacarıqlı xalqıdır.
Onlar deyrlər ki, bizim qədim tarixi kitablarımızı Böyük İskəndər, daha sonra ərəblər və moğollar yandırıb və sair...
Bir millət belə bacarıqlı və istedadlıdırsa, onun neçə kitabını yandırsan da, o yenisini yazmaqda, yeni tarix yaratmaqda davam edəcək. Əslində isə heç kim farsların kitablarını yandırıb eləməyib, bu onların xəstə təxəyyüllərinin məhsuludur. onlar həmişə saxta tarix yazıb, insanları ona inandırmağa çalışıblar. Həkimzadənin son əməli də İranın tarixi saxtalaşdırmaq istəyinin bir təzahürü və davamıdır.
24 Aralık 2008 Çarşamba
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder