azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

22 Aralık 2008 Pazartesi

Hərbi ekspert: “Ermənilər azərbaycanlı əsirə onun şərəf və ləyaqətini alçaldan işgəncə veriblər”

Hərbi ekspert: “Ermənilər azərbaycanlı əsirə onun şərəf və ləyaqətini alçaldan işgəncə veriblər”

Bakı – APA. “Salam ana, ata, qardaşlarım, bacım, qardaşlarımın həyat yoldaşları. Vəziyyətim yaxşıdır, mənim üçün narahat olmayın. Qohumlarıma və Səfərli qəsəbəsinin bütün sakinlərinə salam deyin. Mən uzun müddət düşündüm və Vətənimə, anamın yanına qayıtmağa qərar verdim. Ümid edirəm ki, tezliklə görüşəcəyik. Narahat olmayın, bir az da dözün, mən tezliklə qayıdacağımı ümid edirəm”.

APA-nın əldə etdiyi bu məktub bu il oktyabrın 8-də qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülmüş Azərbaycan Ordusunun əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlunun ailəsinə göndərdiyi məxfi sənədin tam mətnidir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı tərəfindən rus dilində yazılan məktubun tam mətnindən də göründüyü kimi əsir əsgər Vətəninə, ailəsinin yanına qayıtmaq istədiyini vurğulayıb




Hərbçi ekspertin fikrincə, bu məktub da göstərir ki, R. Həsənovun guya Vətənə qayıtmaq istəməməsi barədə Ermənistan mətbuatında yayılan məlumatlar reallığı əks etdirmir: “Maraqlıdır ki, Rafiq Həsənov ailəsinə bu məktubu göndərəndən sonra erməni KİV-də onun qayıtmaq istəməməsi barədə xəbərlər yayılıb. Əsir bu bəyanatla televiziyada çıxış edib. Rafiq Həsənovun bu açıqlamanı həmin məktubdan sonra verməsi onun işgəncəyə məruz qalmasının sübutudur”.

Hərbi ekspert onu da söyləyib ki, daxil olan məlumatlara əsasən, ermənilər əsirə onun şərəf və ləyaqətini alçaldan işgəncə veriblər: “Məhz bu işgəncələr nəticəsində də onu bu cür bəyanatlarla çıxış etməyə vadar ediblər. Nəticədə Rafiq Həsənov istəmədən ölkəsinə televiziya vasitəsilə dönmək istəmədiyini bildirib”.

Hiç yorum yok: