"ARAZ" ERMƏNİ-TÜRK FİLMİNİN ÇƏKİLİŞLƏRİ GEDİR
QayNar: 2009-cu ilin iyuluna qədər Ermənistan və Türkiyənin birgə çəkdiyi "Araz" sənədli filminin çəkilişləri başa çatacaq. Bu barədə jurnalistlərə filmin erməni rejissoru Gevork Nazaryan bildirib. Türkiyə tərəfdən rejissor Eray Mertdir.
Nazaryan qeyd edib ki, ssenarinin yekun variantı yanvarın sonunda, film özü isə 2009-cu il iyunun sonuna qədər hazır olacaq. Onun sözlərinə görə, iş zamanı filmin ideyası kökündən dəyişib. "Əvvəlcə biz planlaşdırırdıq ki, bizim və Türkiyə çəkiliş qrupları çəkilişləri ayrıca aparacaq - hərəsi Arazın müxtəlif sahilində, sonradan isə kadrlar bir tamda birləşdiriləcək. Amma sonradan biz qərara aldıq ki, bu, kifayət deyil. Biz iki ölkənin, iki xalqın bu günü haqqında, onların bir-birini necə gördüyü haqqında film çəkmək istəyirdik. Buna görə biz iş çərçivəsini genişləndirməyi qərara aldıq. Biz Türkiyədə üç günlük çəkilişlər apardıq, türk həmkarlarımız isə indi Ermənistandadırlar", deyə Nazaryan qeyd edib.
Janr çərçivələrini də genişləndirmək qərara alınıb - kino sənədli filmdən "qismən bədii" filmə çevrilib, ona erməni qızın və türk gəncin münasibətlərinin tarixçəsi əlavə edilib, deyə rejissor bildirib. Türkiyədə keçən bir neçə gün bu ölkəyə başqa cür baxmaq imkanı verib. Biz əmin olduq ki, bugünki Türkiyənin bir çox müsbət cəhətləri var, o, Avropa dəyərlərini qəbul edir. Bizə qarşı münəsibətdə də düşmənçilik hiss edilməyib, hakimiyyət bizə normal münasibət göstərib. Bizə istədiyimiz qədər və istədiyimiz yerdə çəkiliş aparmağa icazə verilib, hətta Ankara metropoliteninə buraxılmışıq", deyə o qeyd edib.
Türkiyə-Ermənistan biznesin inkişafı Şurasının Türkiyəli həmsədri Nərgiz Öztürkün sözlərinə görə, rəhbərlik etdiyi təşkilat qarşılıqlı maraq doğuran mədəni layihənin həyata keçirilməsində təşkilati yardım göstərməkdən məmnun idi. "Filmin ideyası bizim xoşumuza gəldi, çünki bu film sülh haqqındadır. Türkiyə sakinləri Ermənistanla sülh və qonşuluq əlaqələrini inkişaf etdirmək istəyir. İndi tariximiz haqda danışmaq istəməzdim - burada problemlər var, amma gəlin onları tarixçilərin və siyasətçilərin öhdəsinə qoyaq. Biz buraya dostluq naminə gəlmişik. Prezidentimizin Ermənistana səfəri çox mühüm idi, bu səfər sübut edir ki, biz həqiqətən də yaxşı səbəblərə görə görüşə bilərik. Biz istəyirik ki, belə səbəblər mümkün qədər çox olsun", deyə Öztürk qeyd edib. Ermənistan tərəfdən çəkilişlərin təlkilinə Ermənistan Marketinq Assosiasiyası yardım edib. Filmin sponsoru ABŞ-ın Ankaradakı səfirliyidir. // Natiq Kamal, QayNar
22 Aralık 2008 Pazartesi
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder