ŞAHNAZ QULAMİNİN MÜDDƏTLİ, YOXSA MÜDDƏTSİZ ACLIQ ETDİYİ HAQDA MƏLUMAT YOXDUR
Ötən aydan Təbriz həbsxanasında saxlanılan hüquq müdafiəçisi Şahnaz Qulami aclıq aksiyası keçirir. «Turan» Dünya Azərbaycanlıları Konqresinə istinadla xəbər verir ki, aksiya dekabrın 19-dan başlayıb. Qanunsuz həbsinə etiraz edən hüquq müdafiəçisilə əlaqə saxlamaq çətin olduğundan aksiyanın müddətli və ya müddətsiz olması barədə informasiya yoxdur.
Şahnaz Qulami
Mənbə Ş.Qulaminin Təbriz həbsxanasında fiziki və mənəvi zorakılıqlara məruz qaldığını, milli fəalın öncə narkomanlarla, daha sonra qatillərlə, hazırda isə əxlaqsız qadınlarla eyni kamerda saxlandığını bildirir.
Ş.Qulami noybarın 9-da həbs edilib. Həbsə səbəb oktyabrın sonunda milli hərəkatın rəhbərlərindən Qulamrza Əmaninin qardaşları Səfər və Kərimlə birgə İran xüsusi xidmət orqanlarının sui-qəsdi nəticəsində avtoqəzada həlak olması barədə məlumat yaymasıdır.
Hüquq müdafiəçisi siyasi fəaliyyətinə görə 1999-cu ildən 2003-cü ilədək həbsdə olub. 2006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq keçirilən aksiyalarda iştirakına görə bir ay həbsdə saxlanıb.
Qeyri-rəsmi mənbələr Ş.Qulaminin bu dəfə dövlət quruluşuna qarşı təbliğatda, ölkə rəhbərlərini, o cümlədən İran prezidenti Mahmud Əhmədinejadı təhqir etməkdə və bir sıra etiraz aksiyalarında iştirakda günahlandırıla biləcəyi ehtimalını irəli sürür.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder