Sabah Azərbaycan Milli Məclisi Konstitusiyaya dəyişikliklə bağlı referendumun vaxtını müəyyənləşdirəcək
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin sabah keçiriləcək iclasında Konstitusiyaya əlavə və dəyişikliklə bağlı referendumun vaxtı təyin ediləcək.
Bu barədə APA-ya Milli Məclisinin üzvü Adil Əliyev məlumat verib. Deputat Konstitusiyaya təklif edilən əlavə və dəyişikliyi dəstəklədiyini, Konstitusiya Məhkəməsinin verdiyi rəyi yüksək qiymətləndirdiyini deyib. O bildirib ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər ictimai-siyasi təşəbbüsdür və proqressiv addımdır. A. Əliyev bunu vətəndaşların seçki hüququna hörmətin göstəricisi kimi də qiymətləndirib: “Bu, ölkədə fikir azadlığının, vətəndaş təşəbbüsü sisteminin inkişafına xidmət edəcək. Mən Azərbaycan xalqının Konstitusiyaya təklif olunan dəyişikliyi müsbət qarşılayacağına əminəm”.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder