azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

26 Aralık 2008 Cuma

Soyuq savaş və 21 Azər hərəkətinin aqibəti

P. Sarxanlı
Soyuq savaş və 21 Azər hərəkətinin aqibəti

( Hörməli oxucular! Aşağıda gələn yazı, Durna Dərnəyinin illik 21 Azər mərasimində oxunmuşdur. Burada ortaya qoyulan səntezlər hamısı müəllifin şəxsi düşüncələridir və əsasən bir kültür dənəyi və müxtəlif düşüncələr üçün bir forum nitəliyində olan Durna Dərnəyi ilə əlaqəsi yoxdur.)

Güney Azərbaycan 21 azər hərəkati və Azərbaycan milli höküməti, bir il sonra yani 1946,nin 12 dekabrında yenilgiyə uğramayıb yaşamına davam edə bilsəydi, günümüz dünyasında bu ölkənın necə bir durum və qonumu olmalıydı?

Qonşularına, Orta Duğuya, İslam dünyasına və qərb dünyasının politik və ekonomik strategi və taktiklərinə necə təsirlər qoya biləcəkdi?

Arazın iki tayında yerləşən tarixi Odlar Yurdu milli bir bütöv olaraq hansı durumlardan keçib və günümüzdə hansı durumda yaşamalıydı?

Bu sorğuların cavabını araşdırmadan öncə, başqa bir sorunu yanıtlamalıyıq: Azərbaycan Milli Dövləti nədən ayaqda qala bilmədi?

Bu sorğuya isə gerçəkçi və duyğulardan uzaq bir yanıt verə bilməmiz üçün, İkinci Dünya Savaşının sonlarına doğru və ondan sonra yeni güclər dəngəsi, yeni dünya düzəni, Soyuq Savaş və onun başlanqıc nədənlərinə göz atmalıyıq.



1945, 4 fevraldan 11 fevrala qədər sürən Yalta konfransı; Rozvelt, Çerçil və Stalini, bu müddət içində gözəl Livadya sarayında bir araya gətirmişdi.

Birləşmiş Millətlər Təşkilatının, Sanfransiskoda təsis konfransının bildirgəsi, Yalta konfransında açıqlanmışdı.

Çerçil, Almanyanın əskəri işğalına, Fransanın da qatıldığını, çox çətinliklə, Rozvelt və özəlliklə Stalinə qabul etdirə bilmişdi.

Almanyanın bölünməsi və təzminat ödəməsi xüsusunda anlaşa bilməyən tərəflər, sorunun gələcəyə buraxılmasına qarar vermişdilər.

Yalta Konfransının sonucları:

1- Sovyetlər birlıyı, Almanyanın təslimindən qısa bir sürə sonra, Japonyaya qarşı savaş açmayı və Uzaq Şərq hərbinə qatılmayı qabul və buna qarşılıq, böyük ödünlər əldə etdi: Güney Sakalin ilə ətrafındakı adaların, Port Arthur dəniz üssü və Kuril adalarının Sovyetlərə verilməsi, Monçuryanın Çin hakimiyyəti altında qalmasıyla yanaşı, Sin Kiyang dəmir yolları, hakəza Güney Monçurya dəmir yollarının, Sovyet ilə Çin tərəfindən müştərəkən işlədilməsi, 1924, də Dış Moğulistanda qurulmuş, ancaq Çin tərəfindən rədd edilmiş olan Xalq Cumhuruyəti statosunun qorunması qabul edildi.

2- Almanya üç işğal regyonuna bölünüb, Amerika və İngiltərə öz paylarına düşən bölmələrdən, Fransaya da bəlli bir bölgəni tərk edəcəkdilər.

3- Sovyetlər, Almanyanın 20 milyard dollar təmirat borcu ödəməsini, və Almanya ağır sənayisinin %80,nin yox edilməsini təklif etdilər. Amerika və İngiltərə Sovyet təklifini ağır buldular və 20 milyard ödəmə qonusunu gələcəyə buraxdılar.

4- Birləşmiş Millətlər sorunu: Bu xüsusda danışılan, veto haqqı və üyəlik sorunları idi. Güvənlik Konseyi(Emniyyət Şurası)nın daimi üyələri üçün, veto haqqı tanındı. Üyəlik qonusunda isə Sovyetlər Birliyi, Türkiyə başda olmaqla birlikdə, Sovyetlərlə diplomatik münasibət qurmamış olan Güney Amerika dövlətlərinin, Birləşmiş Millətlər təşkilatına üyə olaraq alınmamalarını təklif etdi. Müzakirələr sonucunda, ortaq düşmən yani Almanyaya qarşı , 1 mars 1945,ə qədər savaş elan etmiş olanların, üyəliyə alınmasına qarar verildi.

5- Polşa sorunu: Warşavada bulunan, keçərgi Polşa hökümətinin, ən qısa zaman içində, gizli səsə dayanaraq, seçgilər düzənləməsi qarara alındı. Polonyanın gündoğan sərhədləri üçün, 1919 Paris Barış Konfransında təsbit edilən, “ Korzon Xətti” qabul edildi. Günbatan sınırları üçün Sovyetlər, “Oder Nisse” çaylarının, təbii xəttini təklif etdilər. İngiltərə Polşanın, Almanyadan torpaq ilhaqına qarşı olduğundan, sərhədlərin təyin edilmə işi sonraya qaldı.

6- Qurtarılan Avrupa haqqında bildiriş: Bu bildiriş vastəsilə, əski Nazi Almanyasının peyki olan ölkələrdə, demokratik rejimlərin qurulacağı, açıqlandı.

7- İran sorunu: Bu dönəmdə, İran üç müttəfiq dövlət arasında bölünüb və Sovyet hegemoyası altında bulunan Cənubi Azərbaycanda, milli hökümət qurma hazırlıqları gedirdi. Sovyetlər, öz jeo-politik stratejisi doğrultusunda, bu milli-demokratik ve sol təmayüllü hərəkəti dəstəkləməyi düşünürdü. Buna qarşılıq, İngiltərə rizayətsizliyini bəyan edib, sorunun çözümü, sonraya ərtələndi.

8- Boğazlar sorunu: Boğazlar statosunun, Sovyetlər lehinə dəyişdirilməsinə, bu durumdan Türkiyənin də xəbərdar edilməsinə qarar verildi.

Sonuc olara: Yalta konfransından, Stalin olduqca məmnuniyətlə, Çerçil isə düşündüklərini əldə edə bilməmənin üzüntüsü içində ayrıldı. Bunun üçündür ki; Çerçil, xatirələrinin Yalta ilə başlayan bölməsinə, “ Dəmir Pərdə” adını verib və Yalta konfransını final olaraq dəyərləndirmişdir. Gerçəkdən də, Yalta böyük ittifaqın sonu olmuş və iş birliyinin yerini, rəqabət və münaqişə almışdı.

İran krizi: 1945,inci ilin dekabr ayının 12,sində, 21 Azər hərəkatının qələbəsilə əlaqədar, fəaliyətə başlamış, Azərbaycan Milli Məclisi qararı ilə, Mir Cəfər Pişəvəri, Azərbaycan milli hökümətinin, baş naziri kimi təyin edildi. Pişəvəri, öz hökümətinə, layiq və uyğun gördüyü, nazirlər heyətini diqqəti nəzərdən keçirdikdən sonra, sürətlə, ölkənin fikri və maddi inkişafı doğrultusunda, çalışmaya başladı.

Bu hərəkət, sadəcə olaraq “Tehran İrticası”, səltənət oliqarşısı və yenicə “Şahənşahlığa” başlamış olan, Mohamməd-Rza Şah deyil, eyni dərəcədə və hətta ondan daha yüsək bir dərəcədə, İngiltərə və Amerika siyasətçilərini, qorxuya salmışdı.

Çünkü bunlar, Cənubi Azərbaycanın, öz qurtuluşunu əldə etdiyi təqdirdə, İranda, məntəqədə və dolaysıyla, dünyada necə etkilər buraxa biləcəyini, yaxşı bilirdilər. Ən azından İran gericilik və irtica sistəmi içində yaşamaya, daha doğrusu, tədricən əridilib, tükənməyə məcbur eilən xalqlar və kültürlər, habələ o zamanlar Sovyetlərin “ sosyalism cənnəti” və sinfsiz toplum təbliğlərinə, səmpat göstərən İran eməkçi və zəhmətkeş sinfləri, özlərini qurtarma aksiya və hücüumlarının qarşısı alınmayacağdı. Buda mərkəzi İran və Farsistanda, sol və Sovyet yanlısı bir hökümətin, iş başına gəlmə ehtimalini, çox gücləndirirdi. Esasən Tudeh Partiyası, bu doğrultuda, əlindən gələni, əsirgəməmişdi.

Belə təməlli bir dəyişilik qarşısında isə, neft dəryasının üzərində oturan, geriçi Ərəb dövlətlərinin başı, qaçınılmaz biçimdə dərdə düşəcəkdi.

Ruslar Cənubi Azərbaycan və İran dostluğu sayəsində, Böyük Peterin əski arzılarını həyata keçirib, üqyanuslara bağlanan, isdi su sahillərinə əl tapacağdı. Bu Stalin və başqa Kreml hakimlərinin, başda gələn planlarından biri idi.

Stalinin bu tasarımı da, Almanyanın bölünməsi, Polşa sərhədlərinin təyini, Doğu Avrupalı başqa ölkələrin, Sovyet hegomonyası altına alınması, Uzaq Doğu adalarının rusların əlinə keçməsi kimi qarşılansaydı,bir baxıma, savaşın əsl məğlubunun, Almanya yox, İngiltərə və ABD,nin olacağı, düşünülə bilərdi.



12 aprel 1945, Franklin Delano Roosevelt, 63 yaşında, təqribən iki ay Yalta konfransından sonra və İkinci Dünya Savaşının sonuna üç aydan az bir zaman varkən, həyatı tərk etdi. Yerinə başqan yardımçısı, Hary Trouman keçdi. Əsasən əkinçi bir ailənin övladı olan Trouman, Potesdam konfransına, ABD,nin başqanı kimi qatıldı. O ilk saatlarda, Stalindən müsbət təsirlər aldı, amma çox qısa müddətdə, Stalinin necə öz hədəflərinə ulaşmaq uğrunda, qurnaz, acımaz və inatçı olduğunu başa düşdü. Trouman, Stalini bir az yumuşatmaq amacıylada olsa, ABD,nin, çox böyük təxrib gücünə sahib bir silaha əl tapdığını, Stalinə söylədi. O, Amerikanın, ilk atom sınağının, başarı ilə sona çatdığını, bizzat Potesdam konfransı sırasında doymuşdu.Stalin isə bunun, Manhathan prujesi adı altında yürüdülən, növə bombası olduğunu, neçə ay öncə casusları vastəsilə xəbər almışdı.

Stalinin cavabı, “ yaxşı, belə silahınız varsa, nədən Japonların başına tökmürsünüz”? Biçimində oldu. Digər yandan, o həmən, öz dış işləri naziri Molotovla əlaqə qurub, dedi; Biz Kurşatovdan, öz işlərinə sürət verməsini istəməliyik. (Kurşatov, Sovyet atom bombası prujesinin, rəhbəri idi.)

Ancaq Trouman, hər yoldan isə, Stalinin, Japonyaya hücum etməsini sağlaya bilib, daha sonra, ilk atom bombalarının, Hiroshima və Nakazakiyə atılmasının əmrini verdi.

Burada, Cənubi Azərbaycanın, məşrutiyət inqilabı, daha doğrusu, Baki neft quyularının qazılmaya başlaması ilə başlayan və İkinci Dünya hərbinin, yaratdığı uyğun şərayit nəticəsində, ofuqlarda parlamaya başlayan milli qutuluş düşünün, necə bir çətin və qarmaşıq uluslararası bir müadilənin, içində qaldığına diqqət edilməlidir.

O zamanlar, bir tərəfdə 4-5 milyonluq Güney Azərbaycan xalqı, yoxsulluq, savadsızlıq, feodalism, bəylər, xanlar, mollalar, müctehidlər, 4-5 yüz nəfərlik, çoxu, yoxsul kəndli və işçi balaları olan, Fədai dəstələri;

Digər tərəfdə, “Tehran İrticası”, Yeni Şahənşah və ailəsi, Pan İranism, anti turkism, bollu neft yataqları, İngilis və Amerika,

Üçüncü tərəfdə isə Churchil, Trouman və atom bombasının qarşısında qalan Stalin və savaşlardan bezgin duruma gəlmiş sovyet əskəri.

Qabaqca bildirdiyimiz kimi, Yalta konfransında, İran və Güney Azərbaycan xüsusunda, Çercçil və Stalinin anlaşmadıqları üçün, Çerçilin istəyi ilə çözüm sonraya buraxılmışdı. Çerçil yaxşı bilirdi ki zaman axışı və Amerikada prezident dəyişikliyi, İran krizini, ingilislərin vəya ən azından, “Dəmir Pərdə” qarşısında, bəlirsiz bir gələcəyə doğru irəliləyən kapitalist dünyanın, lehinə çözə bilərdi.

Aprel 1945,də Roosevelt, Churchilin düşündüklərinin əksinə, dördüncü kəz başqan seçilincə, Sovyetin, İrandan geri çəkilmiyəcəyi kabusu, ingilisləri, büsbütün bürümüşdü. Ancaq, Roosevelt, 82 gün sonra həyata vəda etdib, yerini bir zamanlar, faşist Ko Klux klanının üzviyətini axdaran, həmdə Stalin qarşısında, özünü əməkçilərin temsilcisi kimi göstərməyə çalışan, Hary Trouman tutdu. Beləliklə Çerçil və İngilis politikaçıları, sağlam və güclü bir ABD başqanının araya girməsindən, olduqca məmnun oldular.

Trouman, Potesdam konfransında, tamamilə, İngilislərin xəttini mənimsəyib, İranın, qeydsiz, şərtsiz və mümkün olan ən qısa zaman içində tərk ediməsinə qərara verildi.

Azərbaycan Milli Höküməti təqribən 5 ay bu tarixdən sonra, 12 dekabr 1946,da CİA və İnteligent Servic casusları, ABŞ və İngiltərə askəri strateglərinin, uzaqdan gözətimində, öz qanında boğulub, qısa və məsum ömrünə son verildi.

Potesdam Konfransında, bir çox nədənlərlə isə gerçəkdən, Yalta Konfransında başlayan soyuq Savaş, 1990,a qədər, yani tam 45 il bəzən çox şiddətlə və növə savaşı təhdidi altında, dəvam edib və nəhayət Sovyetlərin dağılmasıyla son buldu.

Güney Azərbaycanda, şahlıq rejminin yıxılışı , daha sonra Sovyetlərin dağılışı və Quzey Azərbaycanın qurtuluşu ilə cücərib, gögərməyə və gəlişməyə başlayan dil- kültür hərəkatı, cürətlə demək olar ki hələ 30 ilə yaxın bir zaman aşımından sonra, siyasi planda özünə bir yer tuta bilməmişdir. Nədən belə olduğu bam-başqa bir danışıq temasıdır. Ancaq burada qısaca diyə bilirik : hələdə, Güney Azərbaycan milli qurtuluş hərəkəti, özünə inanıb, güvənə bilməyib. Böyük qüdrətlərə, şumallı qardaşların aktıf qatılımına və İkinci Dünya Savaşının sonlarında olduğu kimi, fantastik bir şarayitin, ortaya çıxmasına göz tikib. Güney Azərbaycanlılar əyər dünən qabağda gedən komonistlər idisə, bu gündə çox dalı qalmış kapitalistlər və şiddətli anti komonistlərdir. Güney Azərbaycanlı ziyalı, önçü və liderlər, hələdə birbirlərini təhəmmül edəməyən, bireyçi, antogonist, şiddəttlə məncil və el içinə enmə gücündən yoxsun, dərəbəylərdir. Bunun yanında, bu hərəkət gəlcək üçün düşünüb, plan tökməkdən aciz, keçmişçi, məzarşı və xiyalçi bir hərəkətdir. Tabii ki istisnalar, genəl axıntının, cəryanını qısa müddət içində dəyişdirəməz.

İran İslam Cumhurisinin dövründə, xüsusən, Şəriətmədari adı ətrafında gəlişən milli-məzhəbi spontan hərəkətin çöküntüyə uğradılması, Qara Bağın Ərmənilərcə İşğalı, Əliyev ailəsinin, Şumalı Azərbaycanın siyasi həyatına, əl qoyması, 8 illik İran-İraq savaşının, bir baxıma, İranın başarısı ilə sona çatmasıyla birlikdə Güney Azərbaycan xalqının asimilasya və əridilməsinə, qat-qat şiddət verilib, günümüzdə Azərbaycan böyük və kiçik şəhərləri bir yana, böyük v ə kiçik kəndlərdə belə, öz uşaqları ilə farsca danışmaya çalışan manqurtlara çox rastlanır.

Burada, başda sorduğumuz, ikinci sorğunu xatırlatmaq isdirəm; Nədən Güney Azərbaycan Milli höküməti ayaqda qala bimədi?

Sorğunun cavabı, soyuq savaşın, sonuclarından danışdığımız sırada, dolaylı olaraq verilmişdir. O da Qızıl Ordunun, Güzey Azərbaycanı tərk etməsındən sonra araya çıxan güc boşluğu ilə ilgilidir.

Milli hökümət bu qısa müddət içində hələ öz ayağı üstündə dura bilməyib, Stalinə tamamilə bağlı qalmışdı. “Tamamilə” deyirik; çünkü qızıl orduya Azərbaycandan çıxma əmri verildiyində, Fədailərində silahlarını təhvil verməsi istənmişdi.Bu xəbəri duyan Azərbaycan milli höküməti, başqa bir alternativ düşünməyə zaman bulmamışdı. Bundan dolayıdır ki günümüzdə qurtuluş mücadiləsi verən milli-siyasi hərəkətlərın öz ayaqları üsdə dura bilmələri, hər nə bahasına olursa olsun, öz güclərinə dayanmaları, təkid olunmaqdadır.

Bir ata sözümüz deyir ki: “Yel gətirəni, sel aparar”. Bu ən azından, Güney Azərbaycan Milli Höküməti xüsusunda keçərli oldu.

Əyər Təbriz və Səttar Xan döyüşərək və yonca yiyərək məşrutə alıb, “İyalət və vilayət” qanunlarını, ana yasaya yazdırdı isə,

Əyər Şeyx Mohəmməd Xiyabani, öz gücünə dayanaraq “Azadistan” dövləti qurub və onu savunmaq üçün əllərinə silah alıb, döyüşərək öldü isə,

milli dövlət mənsubları, “qardaş qanı tökülməsin” dedilər. Amma bilirik ki Azərbaycanda çox qanlar töküldü, çox insanlar asıldı, ölkənin namusu, qururu və qeyrəti, ayaqlar altda qaldı.

Stalin, istədiklərinin, ən az %90,nını əldə etmişdi. Əyər böyük Peterin vəsiyyəti tam olaraq yerinə yetşmədi isə, bu bir gürcünü çox ilgiləndirməzdi. Stalin yaxşı bilirdi ki ; Cənubi Azərbaycan və İranı tərk etməzsə, üçüncü bir dünya savaşının qarşısında qala biləcəkdi. Churchil və Trouman, birbirini yaxşı anlayıb, qararlarını vermişdilər. Hitlerdən sonra, Stalinin də sırası gələ bilərdi. Atom bombasının da nə olduğu, Hiroşima və Nakazakidə qısa müddət öncə görülmüşdü.

O, öz əldə etdiyi qazanclar və başarıları qoruyub, saxlamaq uğrunda, bir Güney Azərbaycan və 2-3 bənzərini qurban vermək, Stalinin qılına belə toxunmazdı.

O, Baqirof vasitəsi ilə əmrini, Pişəvəriyə təkid etdi: “Kişi sənə deyirlər oradan çıx, çıx də...!”

Güney Azərbaycan xalqı və genəlliklə, bütov Azərbaycan insanı və milləti öz tarixini yaxşı öyrənməlidir, tarixinin harasından mübarizəsinə, həyat yoluna və gələcəyinə işıq tutan dərslər çıxarıb, hansı bölməsini özünə övünc və iftixar simgəsi etməsini yaxşı bilməlidir. Tarix, pambuq qahramanlar düzəldərək, keçmişi bəzəyib, düzəyib, “bir zamanlar bizdə vardıq” demək üçün deyil. Tarix, İnsanlar üçün, düzəldici, yol göstərici, inandırıcı, öyrədici və eyitici rol oynamalıdır. Keçmişini sadəcə olaraq övmək yolunu seçən insanlar, tarixlərindən, həyatlarına yarayacaq heç bir dərs çıxaramazlar və gerçəklər qarşısında cavabsız qalırlar.

Azərbaycan Milli hökümətinin tarixinin özəlliyi, onun həm övünüləcək, həm də öyrənilib dərs alınacaq və gələcək üçün yol göstərici bir məşəl olabiləcək qudrətdə olmasıdır. Yetər ki ona hər cəhətilə yaxşı baxılıb, onun müxtəlif varyantları yaxşı görülsün.

Gurtuluş savaşlarının ən çətinlərindən birini, tam nabərabər bir şərayitdə Türkiyə türkləri yapmışlar və bu əzəmətli dirənış sayəsində, ana yurdlarını, ən azılı düşmənlərin çəngindən qurtara bilmişlər. Eşq olsun o qahramanlara və eləsi qahramanlıqlara! Elbəttə ki yüz ildən artıq bir sürədə, yabancı bir dil və kültürün basqı və əritmə siyasətinə məruz tutulan, hakəza bir çoxlu vətəndaşı manqurtlaşan Güney Azərbaycanı, bir dünya imperyası olan, Osmanlının çöküntüsündən sonra ortaya çıxan durumla qarşılaşdırmaq, yalnışdır. Ancaq yinə də Türkiyə türklərinin şanlı qurtuluş savaşından alacağımız çox dərslər vardır. Güney Azərbaycan mübarizləri, özlərini olduğundan daha çox Türkiyə dil, ədəbiyyat, kültür və tarixini dərindən öyrənib, ürəkdən qavrayıb, mənimsəməyə çalışmalıdırlar. Bu hər şeydən öncə, içimizdə kansər xəstəliyi kimi kök salan, məncillik və dərəbəylik ruhunu yumuşadıb, bəlli bir dəngəyə qoyabilər. Tam öz gücünə dayanmaq, zamanında, başqalarla axılçı alyanslar qurabilmək, var olan hər cür vəsiləni, hədəf yolunda qullanmaq, sadəcə öz yoluna və öz hədəfinə düşünüb, ona inanmaq və hər şəydən önəmlisi geniş xalq külələrinə dayanmaq, çıxaracağımız başqa dərslərdir. Öz varlığını əldə etmək isdəyən bir xalq, gərəkirsə vuruşub, döyüşə biməlidir. Zora dayanan günümüz dünyasında, əlində silahı olmayan bir toplumun səsi yaxşı duyulmaz. Son

Qaynaqlar:

1- 1900-talet I text och Bilder

2- Historier med Historia ( Det bästa dergisi)

3- Världens Historia (aylıq dərgi)

4- Ozgurhayat.org

5- Ilkadimdergisi.com

6- Guntay Gencalp, Azadtribun

Hiç yorum yok: