azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

24 Aralık 2008 Çarşamba

5 XOYLU FƏAL MƏHKUM OLUNUB

5 XOYLU FƏAL MƏHKUM OLUNUB

Xoy İnqilab Məhkəməsi 5 milli fəalı 1 il müddətinə şərti həbs cəzasına məhkum edib

«Media forum» saytının məlumatına görə, şərti həbs cəzası alanlar «Evrin» qeyri-hökumət təşkilatı mərkəzi şurasının üzvü Salman İraqi, Urmiya Universitetinin tələbəsi Salar İraqi, Qəzvin Azad Universitetinin tələbəsi Pəyam Elm Qolilu və Urmiya Mexanika Texnikumunun tələbələri Höccət İraqi və Əli Əkbər Abdullahidir.

5 fəalın milli zəmindəki fəaliyyətlərinə görə bu ilin may ayında da tutulub Xoy zindanında 7 gün saxlandıqdan sonra zaminə buraxıldıqları vurğulanır. Fəalların rejimə qarşı təbliğatda, pantürkizmi yaymaqda və 2006-cı il etiraz aksiyalarının 2-ci ildönümündə vətəndaşları toplantılara çağıran yazılı vərəqələr yaymaqda günahlandırıldığı bildirilir.




«Media forum»

Hiç yorum yok: