ƏRƏB DÜNYASI NƏ VAXT CƏHALƏTDƏN QURTULACAQ?!
Bir il ərzində ispan dilinə çevrilən kitabların sayı, ərəb dilinə 1 000 il ərzində çevrilən kitablardan çoxdur!
QayNar: BMT-nin "İspancaya ildə 10 min kitab tərcümə edildiyi halda, son 1000 ildə ərəb dilinə tərcümə edilən kitab sayı bundan azdır" deyən hesabatından sonra Birləşmiş Ərəb Əmirlikləri, dünyaca ünlü 100 klassiki ərəbcəyə tərcümə etmək qərarı verib.
"Qaynar.info"-nun verdiyi xəbərə görə, BƏƏ-nin "Kəlmə" adlı layihəsi çərçivəsində, dünyanın önəmli ədəbiyyat, elm, fəlsəfə və tarix kitabları ərəb dilinə tərcümə ediləcək. Sözügedən layihə, Birləşmiş Millətlər Təşkilatının 2003-cü ildə yayımladığı bir hesabatda, ispan dilinə ildə 10 min kitab tərcümə edildiyi halda, son 1000 ildə ərəbcəyə tərcümə edilən kitab sayının bundan daha az olduğunun bildirilməsindən sonra başlayıb.
Əbu Dabi hökumətinin dəstəyi ilə həyata keçirilən layihənin ilkin mərhələsində 100 kitab ərəbcəyə tərcümə ediləcək və 20-ə qədər ərəb ölkəsində paylanacaq. Bu 100 kitab arasında, Sofokldan Alber Kamyuya, Stefen Houkinqdən Albert Eynşteynə qədər fəlsəfə, ədəbiyyat, elm və tarix sahələrində dünyanın ən öndə gedən müəlliflərin əsərləri yer alır.
Layihənin fikir atası və koordinatoru Misirli iş adamı Kərim Naci, ötən gün start verilən layihə ilə əlaqədar olaraq, "Çox satılanlar siyahısındakı kitablardan mümkün olduğu qədər uzaq dayanacağıq. Ərəb kitabxanasında boşluq yaratdığını düşündüyümüz kitabları seçdik" dedi.
Naci, orta əsrlərdə İslam mədəniyyətinin qızıl dövrünü yaşadığı zaman Qərb ilə ərəb dünyası arasında böyük bir yaxınlıq olduğunu, ancaq İntibahdan (Renessans) sonra müstəmləkəçilik üzündən meydana çıxan qarşıdurmaların və iki mədəniyyət arasındakı əlaqələrin pozulmasının ərəblərdə dışlanma və yadlaşma hissi yaratdığını söylədi. Naci, "Kəlmə" layihəsi ilə bu tarixi boşluğu doldurmaq istədiklərini bildirdi. //Rəşad Səfərov, QayNar
23 Aralık 2008 Salı
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder