BBC-nin İranda həbs edilmiş müxbirləri Böyük Britaniya vətəndaşları deyillər – İranın kəşfiyyat idarəsinin rəhbəri
BBC-nin İranda həbs edilmiş işçiləri Böyük Britaniya təbəələri deyillər, - İranın təhlükəsizlik naziri çərşənbə günü bildirib.
“Britaniya təbəələrinin həbsi barədə məlumat yalandır”, - İranın təhlükəsizlik naziri Qulamhüseyn Möhsüni Ejei mətbuat konfransında bildirib.
Tehranda BBC-nin bir neçə əməkdaşını həbs ediblər. Onlar Böyük Britaniyanın xeyrinə casusluqda ittiham olunurlar.
“İranın təhlükəsizlik strukturları aydınlaşdırıblar ki, BBC-nin bir neçə əməkdaşı Böyük Britaniyanın Tehrandakı səfirliyinin dəstəyi ilə, İslam Respublikasında casusluq niyyətində olublar”, - İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Məhəmməd Kərim Abidi İİR-in İLNA xəbərlər agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, BBC-nin bəzi müxbirləri mehmanxanada digər adlar altında nömrələr sifariş ediblər. BBC-nin müxbirləri müxtəlif qruplar təşkil edərək, casus şəbəkəsi yaratmaq niyyətində olublar, - Abidi deyib.
İranın təhlükəsizlik strukturları bir neçə belə qrupun fəaliyyətinin qarşısını alıb və hazırda casus şəbəkəsinin qalan üzvlərinin axtarışı davam edir, - o qeyd edib.trend
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder