İrandan Ermənistana neft kəməri çəkiləcək
Manuçöhr Mottaki: «Biz Ermənistanla əməkdaşlığın genişləndirilməsinə yönəldilmiş istənilən addımları alqışlayırıq»
2009-cu ildə Ermənistan və İran Təbrizdən Ermənistanın Yerasx şəhərinə qədər neft kəmərinin tikintisinə başlayacaq. Bu barədə Ermənistanın energetika və təbii sərvətlər naziri Armen Movsisyan dünən Tehranda İranın xarici işlər naziri Mənuçöhr Mottəki ilə görüşü zamanı bildirib.
Ermənistan İctimai Televiziyasının yaydığı məlumata görə, nazir boru kəməri ilə Təbrizdəki neft emalı zavodundan Ermənistana benzin və dizel yanacağı ixrac ediləcəyini bildirib. O həmçinin deyib ki, Təbrizdə Ermənistanın konsulluğunun açılması iki ölkə sahibkarları arasında əməkdaşlığı genişləndirəcək.
Tərəflər həmçinin Araz çayında SES, üçüncü İran-Ermənistan elektrik ötürmələri xəttinin tikintisi üzrə birgə layihələri və İran qazının Ermənistana ixracı mümkünlüyünü müzakirə ediblər. «Neft və qaz boru kəmərlərinin, həmçinin elektrik stansiyaları və sədlərin tikintisi Tehran tərəfindən dəstəklənir. Biz Ermənistanla əməkdaşlığın genişləndirilməsinə və birgə layihələrin həyata keçirilməsinə yönəldilmiş istənilən addımları alqışlayırıq» - deyə Manuçöhr Mottaki bildirib.
18 Aralık 2008 Perşembe
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder