Iranla Amerika yenə müharibə astanasında
Vəfa Quluzadə: «Iranla müharibə etmək Amerika tərəfindən ən arzuolunmaz və ən axırıncı addım ola bilər»
«Iran Amerikanı inandıra biləcək ki, onun nüvə proqramı müharibə niyyətli deyil»
Iranla ABŞ arasında münasibətlər yenidən gərginləşə bilər. Buna səbəb bu günlərdə hər iki dövlət başçısının verdikləri bəyanatlardı. Belə ki, Iran prezidenti Əhmədinecat Israilin son günlərini yaşadığı ilə bağlı bəyanat verib. Öz növbəsində ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama Israil telekanallarının birinə verdiyi müsahibəsində Iranla dialoqa hazır olduqlarını bildirib.
Obamanın fikrincə, dialoq qısa və sərt olacaq. Iranın isə iki seçim yolu olacaq - asan və çətin. Bir müddət əvvəl müharibənin dəqiq tarixi belə müəyyənləşsə də, sonradan vəziyyət bir qədər sabitləşdi. Dünyadaki qlobal maliyyə böhranı isə bu məsələni bir qədər də kölgəyə çəkdi. Lakin hər iki prezidentin səsləndirdiyi fikir artıq bunun əksini düşünməyə imkan verir. Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadə ABŞ-la Iranın münasibətlərinin müharibə həddinə çatmayacağına ümid etdiyini bildirdi: “Münasibətlər onsuz da gərgindir, qətiyyən yumşalmayıb. Yalnız söhbətlər qızışa, yaxud bir qədər səngiyə bilər. Amma Amerika-Iran münasibətləri tamamilə antoqonist münasibətlərdi. Bu cür münasibətlər adətən müharibə ilə nəticələnir. Sözsüz ki, hələlik yeni komanda hakimiyyətə gəlməyib. Köhnə komanda isə bir tədbir görmək fikrində deyil. Ona görə ki, vaxtı qurtarıb. Bu yeni komandanın işidir. Yeni komanda sözsüz ki, Iranla dialoqa və əlaqələrə hazırdır. Lakin Iranın şərtləri dünyanı atom silahı ilə şantaj etməkdən, Israili məhv etmək şantajından ibarət olmamalıdır. Iran dünyaya açıq-aşkar bəyanat verməlidir ki, əlaqələri bərpa etmək, düzəltmək istəyir. Onun Israilə hücum etmək niyyəti yoxdur. Iranın bəyanatları nəyin nəticəsində əmələ gəlib? Barak Obama bəyanat verib ki, əgər Iran Israilə nüvə zərbəsi endirsə, Amerika da Irana nüvə zərbəsi endirəcək. Bir çox siyasi analitiklər bunu belə qiymətləndiriblər ki, Barak Obama Iranın nüvə silahına yiyələnməsi ilə barışır. Bu o deməkdir. Buna Amerikadan hələlik reaksiya yoxdur. Bəyanat olduğu kimi qalır. Baxaq ki, vaxt, hadisə nəyi göstərəcək. Sözsüz ki, Iranla müharibə etmək Amerika tərəfindən ən arzuolunmaz və ən axırıncı addım ola bilər. Güman edirəm ki, bu addım atılmayacaq. Amerika ilə Iran ortaq bir məxrəcə gəlib əməkdaşlıq edəcək. Məncə, Iran Amerikanı inandıra biləcək ki, onun nüvə proqramı müharibə niyyətli deyil. Iranın niyyəti atom silahı yaratmaq deyil. Məqsəd yalnız Iranı nüvə texnologiyası, nüvə enerjisi ilə təmin etməkdir”.
Fizzə
17 Aralık 2008 Çarşamba
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder