azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

18 Aralık 2008 Perşembe

Andres Herkel: “Həmməruzəçilər Ermənistanın AŞ PA-da səsvermə hüququndan məhrum olunması təklifi ilə çıxış ediblər”

Andres Herkel: “Həmməruzəçilər Ermənistanın AŞ PA-da səsvermə hüququndan məhrum olunması təklifi ilə çıxış ediblər”



Bakı. Laçın Sultanova - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin (MK) Ermənistan üzrə həmməruzəçiləri bu ölkənin səsvermə hüququndan məhrum olunmasını təklif edirlər.

Bu barədə APA-ya Monitorinq Komitəsinin Parisdə keçirilən iclasında iştirak etmiş Azərbaycan üzrə həmməruzəçi Andres Herkel məlumat verib. O bildirib ki, iclasda AŞ PA-nın Ermənistanda demokratik institutların fəaliyyəti ilə bağlı qəbul etdiyi 1609 və 1620 saylı qətnamələrinin necə yerinə yetirildiyi barədə hesabat dinlənilib və bu ölkədə siyasi məhbus məsələsinin aktual olduğu qənaətinə gəlinib. Komitə həmməruzəçilərə yanvar sessiyasına kimi Ermənistana təkrar səfər edərək vəziyyətlə yenidən tanış olmağı tapşırıb.

Paris toplantısında müzakirə olunan digər məsələ Rusiya-Gürcüstan münasibətləri olub. AŞ PA üzvləri bu məsələ ilə bağlı da öz narahatlıqlarını bildiriblər. Bəyan olunub ki, Rusiya öz öhdəliklərini yerinə yetirmir, Abxaziya və Cənubi Osetiya ərazilərinə aid olmayan yerlərdən qoşunlarını çıxarmır, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmasına imkan yaratmır, ən əsası isə Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanımaq barədə qərarını ləğv etmək barədə AŞ PA-nın çağırışına əməl etmir. A. Herkelin sözlərinə görə, hər iki məsələ AŞ PA-nın yanvar sessiyasında geniş müzakirə olunacaq.

Hiç yorum yok: