azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

16 Aralık 2008 Salı

İRAN ORDUSUNUN POLKOVNİKİ TÜRKİYƏDƏ YOXA ÇIXIB

İRAN ORDUSUNUN POLKOVNİKİ TÜRKİYƏDƏ YOXA ÇIXIB


İran ordusunun polkovniki Türkiyədə yoxa çıxıb və bir aydan çoxdur ondan xəbər almaq mümkün olmur. CNN Türk telekanalının xəbərində deyilir ki, polkovnik Məhəmmədrza Arian İranda rejim əleyhdarlarına verilən işgəncələr haqda məlumatları beynəlxalq insan haqları təşkilatlarına ötürdüyü üçün edam olunmaq təhlükəsi ilə üzləşib. Nəticədə ailə üzvləri ilə birlikdə 3 ay əvvəl İrandan qaçıb. Lakin İranın xüsusi xidmət orqanları onun izinə düşüb və Türkiyədə olduğunu müəyyən edib.
Türkiyənin Van bölgəsində məskunlaşan Arian burada izlənildiyini müşahidə edib və yerli insan haqları təşkilatlarından birindən kömək istəyib. Həmin təşkilat isə yerli polisə məlumat verib və Arianın başqa bölgəyə köçürülməsi üçün yardım istəyib. Lakin polis köməyə gəlməyə imkan tapmadan iranlı polkovnik yoxa çıxıb. İnsan haqları müdafiəçiləri onun İranın xüsusi xidmət orqanları tərəfindən oğurlanmış ola biləcəyini ehtimal edir. Bildirilir ki, İran ordusunun hakim rejimə qarşı çıxan yüksək rütbəli zabitinin yoxa çıxması iki il əvvəl baş vermiş buna bənzər hadisəni yada salır. Həmin vaxt İranın müdafiə nazirinin keçmiş müavini general Əli Rza Əsgəri Türkiyədən yoxa çıxmışdı. İranın hərbi sirlərini ABŞ və İsrail kəşfiyyatına ötürdüyü deyilən Əsgərinin Qərb xüsusi xidmət orqanları tərəfindən qaçırıldığı güman eidlir.
Xəbər xidməti
musavat

Hiç yorum yok: