azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

18 Aralık 2008 Perşembe

Avropa Şurası milli azlıqlarla bağlı qətnamə qəbul etdi

Avropa Şurası milli azlıqlarla bağlı qətnamə qəbul etdi


Qətnamədə milli azlıqların hüquqlarının qorunması prosesi istiqamətində görüləcək işlərlə bağlı tövsiyələr yer alıb


Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanda milli azlıqların müdafiəsi vəziyyətinə dair qətnamə qəbul edib.
APA-nın Avropa Şurasının rəsmi saytına istinadən yaydığı məlumata görə, qətnamədə milli azlıqların müdafiəsinə dair Konvensiyanın həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişlər və həyata keçirilməli olan işlərlə bağlı təklif və tövsiyələr öz əksini tapıb: “Azərbaycan hökuməti milli azlıqların hüquqlarının qorunması işinə daha çox diqqət ayırmağa başlayıb. Bu istiqamətdə görülən işlər sırasında Ombudsman Aparatının regionlarda şöbələrinin fəaliyyət başlamasını göstərmək olar. Bu fakt milli azlıqların öz problemləri ilə bağlı Ombudsman Aparatına müraciət etmək imkanını asanlaşdırıb. Ombudsmanın ofisi dinlərarası dialoq sahəsində aktiv işləyir. 2006-cı ildə ölkədə İnsan Hüquqlarına dair Milli Fəaliyyət Planı qəbul olunub, bu planın müddəalarından biri milli azlıqların mədəni irsinin qorunmasıdır”.
Qətnamədə milli azlıqların hüquqlarının qorunması prosesi istiqamətində görüləcək işlərlə bağlı tövsiyələr yer alıb. Bu tövsiyələr arasında milli azlıqların hüquqlarının qorunmasına dair qanunvericiliyini yenilənməsi, dövlətin milli azlıqlara dəstəyinin artırılması, ayrı-seçkilik və diskriminasiyanın müxtəlif formalarına qarşı mübarizənin daha da gücləndirilməsi, milli azlıqların söz azadlığı və sərbəst toplaşmaq azadlığı hüququnun təmin edilməsi, onlara öz dillərində təhsil hüququ almaq və yerli hakimiyyət orqanlarına öz dillərində müraciət etmək imkanının yaradılması və s. daxildir.

Hiç yorum yok: