azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

20 Ocak 2009 Salı

Bakı.20 Yanvar 1990-cı il: Azadlığın qandan keçdiyi gün. 20 Yanvar milli-azadlıq tarixinin qürur duyulası bir səhifəsidir

Bakı.20 Yanvar 1990-cı il: Azadlığın qandan keçdiyi gün. 20 Yanvar milli-azadlıq tarixinin qürur duyulası bir səhifəsidir
Bu gün 1990-cı il 20 Yanvar hadisələrinin növbəti ildönümüdür. Həmin hadisələrdən ilbəil uzaqlaşdıqca baş verənlərin mahiyyəti, əzəməti və zərurəti özünü daha dolğun sübut edir.
Bu hadisələr mahiyyət etibarilə Azərbaycan xalqının milli-azadlıq tarixinin qürur duyulası bir səhifəsidir, çünki bir tərəfdə azadlıq üçün mübarizə aparan xalq, digər tərəfdə isə həmin azadlığın qəsdinə durmuş sovet imperiyası dayanırdı. 20 Yanvar hadisələri iradənin silaha, inamın ölümə qalib gəldiyi məqam idi. Bu hadisələrdə 135 nəfər qətlə yetirildi, yüzlərlə insan yaralandı, Bakının küçələri, evləri, yoldan keçən maşınlar atəşə tutuldu. Həmin vaxt qoşunun gəldiyi yerlərdə bu gəlişə etiraz olaraq müqavimət sipərləri quran insanlar arasında cəmi 43 nəfər həlak olmuşdu, qalan insanlar evində, həyətində, mənzilində qətlə yetirilmişdi.
Sovet imperiyasının Bakıya 50 min nəfərə yaxın qoşun kontingenti yeritməsinə baxmayaraq, bu ordu insanları yalnız qətl edə bildi, onları diz çökdürə bilmədi və bu mənada Azərbaycan xalqı şəhidlər verməsinə, minlərlə yaralıları olmasına, yüzlərələ insanların həbslərə düşməsinə baxmayaraq, sınmadı, mübarizəni davam etdirərək milli istiqlalını qazandı.
Azərbaycan xalqı şəhidlərin xatirəsinə ehtiram olaraq 40 mərasiminə kimi bütün ölkəni siyasi məzmunlu tətillərə bürüdü, bu tətillər həm də qoşunların paytaxta girməsinə və bunun nəticələrinə etiraz idi. Həmin hadisələrdən iki il sonra Azərbaycan milli istiqlalını elan etdi ("Turan").
Bu gün həmin hadisələrdən 19 il ötür, amma Azərbaycan xalqı ötən illər ərzində Şəhidlər Xiyabanında dəfn edilən 20 Yanvar şəhidlərinə və eləcə də Qarabağ müharibəsi şəhidlərinə hörmət və ehtiramını saxlayır, bütün xalq yanvarın 20-də bu şəhidləri ziyarət etməyi özünə borc sayır.
20 Yanvar xarici dövlətlərdə də anılıb. Diaspora ilə iş üzrə Dövlət Komitəsinin mülamatına görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin faciənin 19-cu ildönümü ilə bağlı keçirdiyi anım tədbirində qanlı 20 yanvar hadisələrini əks etdirən fotoşəkillərdən ibarət sərgi də təşkil olunub, faciəli gecədən çəkilmiş video görüntülər izlənib, həlak olanların xatirəsi yad edilib. Tədbir iştirakçılarına 20 yanvar faciəsi ilə bağlı müxtəlif dillərdə hazırlanmış məlumat vərəqələri, "Erməni terroru" kitabı və Heydər Əliyev Fondunun hazırladığı "Qarabağ həqiqətləri" kitabı paylanıb.
Faciənin ildönümünü ilə bağlı İsveçdə də tədbir keçirilib (APA). Azərbaycan diaspor təşkilatları qətliamla bağlı ingilis dilində hazırlanmış geniş bilgi toplusunu və fotoşəkilləri bu ölkənin parlamenti, Xarici İşlər Nazirliyi və beynəlxalq qurumların İsveçdəki nümayəndəliklərinə təqdim ediblər.

Hiç yorum yok: