Həmədandakı İbn Sina Universitetinin azərbaycanlı tələbəsi dövlət əleyhinə fəaliyyətdə ittiham olunaraq 195 gün müddətinə azadlıqdan məhrum edilib. Bu barədə RİA-ya Dünya
Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, yanvarın 20-də vəkilin iştirakı olmadan Həmədan şəhər İnqilab Məhkəməsinin qərarı ilə İbn Sina Universitetinin azərbaycanlı tələbəsi Məhəmməd Səyyadi İranın dövlət quruluşu əleyhinə fəaliyyətdə, iğtişaşlar yaratmaqda ittiham olunaraq, 195 gün müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən azərbaycanlı tələbə isə ona qarşı irəli sürülən ittihamları rədd edərək, yalnız Azərbaycan türklərinin hüquqları uğrunda fəaliyyət göstərdiyini açıqlayıb. Yanvarın 21-də isə İbn Sina Universitetinin bir qrup tələbəsi məhkəməsinin qərarına etiraz edərək, ali məktəbin həyətində aksiya keçirməyə cəhd ediblər. Hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra aksiya dağıdılıb.
Ria.Az
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder