azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Ocak 2009 Pazartesi

Amerika yeni prezidentin andiçmə mərasiminə hazırlaşır

Amerika yeni prezidentin andiçmə mərasiminə hazırlaşır

Bir il ərzində ABŞ-da tüğyan edən “Obamamaniya” kulminasiya nöqtəsinə yaxınlaşır. Yanvarın 20-də ABŞ-ın 44-cü prezidenti Barak Obama və vitse-prezident Cozef Baydenin andiçməsindən sonra diskussiyalar bitəcək, emosiyalar səngiyəcək və hər iki şəxs rəsmi olaraq vəzifələrinin icrasına başlayacaqlar.

Hazırda isə inauqurasiya mərasiminə hazırlıq gedir. Vaşinqtonda inauqurasiyaya hazırlıq prosesini müşahidə edən APA-nın ABŞ bürosu xəbər verir ki, Konqresə aparan Pensilvaniya küçəsində yerləşən binaların əksəriyyətində Barak Obamanın portretləri və onu dəstəkləyən şüarlar asılıb. Amerika mediasına həsr olunan “Newseum” muzeyində böyük hərflərlə “Newseum ABŞ prezidenti Barak Obamanı alqışlayır”, qonşuluqda yerləşən Kanada səfirliyinin divarlarında isə “Kanada Barak Obama və vitse-prezident Cozef Baydeni alqışlayır” yazılıb. Küçənin hər iki başında işıq dirəklərinə ölkə bayraqları sancılıb, Obamanın əsas seçki çağırışı olan “Biz bacararıq” isə dəyişdirilərək, “Biz bacardıq” şüarı ilə əvəz olunub. İndi bu şüarların ABŞ bayraqları ilə yan-yana asıldığını görmək olar.

Hiss olunur ki, 160 milyon dollar vəsait xərclənməsi nəzərdə tutulan andiçmə mərasiminin maksimal dərəcədə səliqə ilə gerçəkləşdirilməsi təşkilatçıların əsas məqsədidir. Bu planda xüsusi yer məhz Pensilvaniya küçəsinə ayrılıb. Bu da təəccüblü deyil. Məsələ ondadır ki, Pensilvaniya küçəsinin bir tərəfi Konqres binası, digər tərəfi isə Ağ Evə çıxır. Yəni bütün mərasim elə bu küçədə baş tutur. Qəbul olunmuş ənənəyə görə, inauqurasiya günü prezident Barak Obama və vitse-prezident Cozef Bayden səhər kilsədə dua etdikdən sonra xanımları ilə Ağ Evə yollanacaqlar. Buradan onlar ya ayaqla, ya da avtomobillə Konqres qarşısına gələrək təntənəli şəkildə and içəcəklər. Bu mərasimə bilet alan və ya dəvət olunanlar üçün artıq Konqresin qarşısında tribunalar və oturacaqlar quraşdırılıb. Konqresə aparan yol boyunca qonaqlar və adi vətəndaşlar üçün onlarla stasionar tualetlərin quraşdırılması da yaddan çıxmayıb. Andiçmədən sonra artıq rəsmi vəzifədə olacaq bu iki şəxs və onları müşayiət edən qonaqlar piyada Ağ Evə hərəkət etməyə başlayacaqlar. Onların bu hərəkəti təntənəli keçidlə müşayiət olunacaq.

Təşkilatçıların ehtimalına görə, inauqurasiya mərasimini azı iki milyon adam canlı izləyəcək. Buna görə də Pensilvaniya küçəsində təmizləmə işləri sürətlə aparılır. Lakin gözlənilməz problemlər də üzə çıxmaqdadır. Məsələn, bu qara dərili evsiz vətəndaş insanların gəzişdiyi səkinin ortasında uzanaraq ərazini tərk etməkdən imtina edir. Onun bu seçiminə isə heç kim mane ola bilmir.Qara dərili evsizi hətta inauqurasiya bəhanəsi ilə küçədən qovmağa da təşkilatçıların səlahiyyəti çatmır.

Hiç yorum yok: