Mahmud Əhmədinejat HAMAS-ı “İsrail üzərindəki qələbə” münasibətilə təbrik edib
Tehran – APA. İran prezidenti Mahmud Əhmədinejat HAMAS-ın Siyasi Bürosunun sədri Xalid Maşalla telefon söhbətində bu hərəkatı “İsrail üzərindəki qələbə” münasibətilə təbrik edib. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, M. Əhmədinejat HAMAS-ı İsrail qoşunlarının Qəzzadan tezliklə çıxarılmasına nail olmaq üçün təzyiqi gücləndirməyə çağırıb: “Sionistlər cəzalandırılmalıdır”.
Xatırladaq ki, İsrail yanvarın 18-də birtərəfli qaydada atəşi dayandırdığını elan edib. HAMAS atəşkəslə razılaşsa da, İsraildən 1 həftə ərzində Qəzzanı tərk etməsini istəyib.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder