İranın Qəzza sektoruna göndərdiyi silah tutuldu
11:38 22-01-2009
Ədən körfəzində quldurlarla mübarizə aparan beynəlxalq kontingentin tərkibinə daxil olan Amerikanın “San Antonio” hərbi gəmisi İranın Qəzza sektoruna silah göndərmək üçün icarəyə götürdüyü gəmini həbs edib.
Lent.az-ın “CBS” telekompaniyasına istinadən verdiyi məlumata görə, gəmidə silahdan əlavə üzərində “təhlükəli maddələr” yazılan konteynerlər də var.
Güman edildiyinə görə, söhbət 80-ci illərin sonunda SSRİ-də tikilən, Limasol limanında qeydiyyatda olan və Kipro bayrağı altında üzən “Monçeqorsk” yük gəmisindən gedir. Gəmi Qəzzaya silah göndərilməsinin qarşısının alınması ilə bağlı ABŞ və İsrail arasında imzalanan müqaviləyə əsasən həbs edilib.
Gəmi atəş açılmadan həbs olunub. Ekipaj üzvləri yoxlama zamanı müqavimət göstərməyiblər. İlkin baxışdan sonra ABŞ komandanlığı Misir hökuməti ilə əlaqə saxlayaraq gəminin ölkə limanlarından birində daha ciddi yoxlanılmasını xahiş edib.
LENT.AZ
Xəbərin oxunma sayı: 338
22 Ocak 2009 Perşembe
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder