azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Ocak 2009 Pazartesi

ƏHMƏDİNEJADIN XANIMI MİSİR PREZİDENTİNİN XANIMINI HÜSNÜ MÜBARƏKƏ TƏSİR GÖSTƏRMƏYƏ ÇAĞIRIB

ƏHMƏDİNEJADIN XANIMI MİSİR PREZİDENTİNİN XANIMINI HÜSNÜ MÜBARƏKƏ TƏSİR GÖSTƏRMƏYƏ ÇAĞIRIB


Əzəmüssadat Fərahi


İran prezidenti Mahmud Əhmədinejadın həyat yoldaşı Əzəmüssadat Fərahi Qəzza zolağındakı qanlı olaylarla bağlı Misir prezidentinin xanımı Suzan Mübarəkə məktubla müraciət edib.

GÜNAZ.TV mətbuat mərkəzinin «Media forum» saytından aldığı məlumata əsasən, Ə.Fərahi məktubunda S.Mübarəki qapalı sərhəd keçid məntəqələrini fələstinlilərin üzünə açmaq üçün Misir prezidenti Hüsnü Mübarəkə təsir göstərməyə çağırıb: «Qəzza əhalisi öz evində, öz vətənində yerdən və havadan hücumlara məruz qalıb. Mühasirəyə alındıqları üçün onlara dava-dərman və ərzaq çatdırmaq mümkün olmur. Bombardman edilmiş xəstəxanaları, məscidləri və yaşayış binalarını müşahidə edəndə, həlak olmuş günahsız qadınların, uşaqların fəryadını eşidəndə insanın ürəyi qəmlə dolur. Adətən prezidentlərin xanımları xeyriyyə işləri ilə məşğul olurlar. Lakin bu məsələdə onların bəzilərinin susduğunu görürük. Siz öz yolaşınıza və Misir hökumətinə təsir göstərməklə fələstinlilərin üzünə bağlanmış yardım yollarının açılmasına və insan tələfatının azalmasına yardım göstərə bilərsiniz».

Məktubunda İran prezidentinin xanımı daha sonra vurğulayıb: «Nəzərə almaq lazımdır ki, bu məsələdə fürsəti əldən vermək Allahın qəzəbinə gətirib çıxaracaq. Sizdən gözləntimiz budur ki, Qəzza əhalisinə yardım göstərməklə onları ikiqat zülmdən xilas edəsiniz. Ümid edirəm ki, bu ilahi sınaqdan başıuca çıxacaq, həm Allahı, həm də onun bəndələrini sevindirəcəksiniz».

Hiç yorum yok: