azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

23 Ocak 2009 Cuma

Dolların ucuzlaşması gözlənilir

Dolların ucuzlaşması gözlənilir

APA-ECONOMICS. Dünya bazarında dollar/avro, həmçinin bunun nəticəsi olaraq dollar/manat və avro/manat məzənnələri ABŞ-dakı makroiqtisadi vəziyyətə nisbətən, daha çox dünya fond bazarlarında baş verənlərin təsiri altındadır.

«APA-ECONOMICS»in məlumatına görə, yanvarın 22-də ABŞ-da işsizlik üzrə ilkin müraciətlərin sayının yenidən həftəlik artması və ölkədə tikinti sahəsində kəskin geriləmə barədə məlumatların açıqlanmasına baxmayaraq, dünya bazarlarında dolların avro və funta qarşı məzənnəsinin yüksəlməsi davam edib.
Bunun əsas səbəbi fond bazarlarında qeyri-müəyyənlik və qeyri-sabitliklə bağlıdır. Belə ki, şirkətlərin, o cümlədən iri və dünyada məşhur olan şirkətlərin 2008-ci il üzrə və ötən ilin IV rübü üzrə hesabatlarının açıqlanması nəticəsində hazırda ABŞ və Avropa fond bazarlarında enmə tendensiyaları üstünlük təşkil edir. Mütəmadi və adətən iqtisadi böhrana qarşı yönəldilən tədbirlərin görülməsi barədə hər hansı bir anons və bəyanatın təsirindən baş verən fond indekslərinin qısamüddətli yüksəlməsi əsaslı xarakter daşımadığından valyuta bazarına təsir etmir. Hazırda valyuta bazarı fond bazarlarında səhmlərin kütləvi satışının təzyiqi altındadır. Səhmlərin kütləvi satışı isə öz növbəsində yuxarıda qeyd olunan enmə tendensiyaları nəticəsində baş verir.
Belə olan şəraitdə, fond bazarlarında səhmlərin ucuzlaşması dollara olan tələbatı və onun məzənnəsini artırır. Avropa iqtisadiyyatının ABŞ iqtisadiyyatı ilə müqayisədə heç də yaxşı vəziyyətdə olmaması, avronun hələ də dünya miqyasında ehtiyat valyutasına çevrilməməsi vəziyyəti daha da pisləşdirir.
Eyni zamanda, dolların yaxın bir ayda kəskin ucuzlaşması ehtimalları var. Belə ki, ABŞ-ın yeni prezidenti və administrasiyası tərəfindən hazırlanan iqtisadiyyatının bərpası üzrə tədbirlər planı yalnız ucuz dollar şəraitində effekt verə bilər. Çünki həmin plan yerli istehsala genişmiqyaslı dəstəyi nəzərdə tutur, möhkəm dollar isə ilk növbədə idxalı artırmaqla yerli istehsalçılara zərbə vurur. Bu səbəbdən artıq fevral-mart aylarında dolların avroya qarşı ucuzlaşması ehtimalı böyükdür.
Buna paralel, Azərbaycanda da eyni tendensiyaları gözləmək olar, lakin bəzi istisnalarla. Belə ki, hazırda ölkədə məzənnə siyasətinin bivalyuta səbəti prinsipinə əsaslandığını nəzərə alsaq, dolların nə qədər yüksəlməsini proqnozlaşdırmaq çətindir. Qeyd edək ki, cari ilin əvvəlindən dünya bazarlarında dolların avroya qarşı möhkəmlənməsi 6,7% təşkil etdiyi halda, Azərbaycanda dollar manata qarşı yalnız 0,5% bahalaşıb, avro isə 6,3% ucuzlaşıb. Yəni, Azərbaycanda dollar iqtisadiyyatda və hesablaşmalarda avrodan daha vacib rola malik olduğuna görə, onun kəskin artıb-enməsi real görünmür. Azərbaycanda daha real əsasən avronun bahalaşmasıdır.

Hiç yorum yok: