azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

21 Ocak 2009 Çarşamba

20 YANVAR FACİƏSİNİN 19-CU İLDÖNÜMÜ MÜNASİBƏTİ İLƏ AZƏRBAYCAN MİLLİ AZADLIQ TƏŞKİLATININ MÜRACİƏTİ

Bu gün-20 Yanvar Azərbaycan xalqının azadlıq və qurtuluş mücadiləsi tarixində faciəli, ancaq bir o qədər də şərəfli bir gündür. Yüzlərlə qəhrəman Azərbaycan övladının qanı ilə süslənmiş şanlı tariximizin şərəfli bir səhifəsi olan 20 Yanvar xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin dönməz olduğunu bütün dünyaya göstərmiş, Azərbaycanımızın quzeyində milli azadlıq hərəkatının daha mətin addımlarla milli müstəqillik hədəfinə doğru irəliləməsində ciddi bir dönüş nöqtəsi olmuşdur. 19-cu ildönümünü qeyd etdiyimiz 20 Yanvar 1990-cı ildə Azərbaycan xalqı əli yalın, ancaq sarsılmaz bir iradə ilə başdan-ayağa silahlanmış qəddar rus hərb maşınına qarşı duraraq imperianın Azərbaycan milli azadlıq hərəkatını susdurmağa yönəlik cəhdlərini tamamilə boşa çıxarmışdır.

20 Yanvar 1990-cı ildə yüzlərlə soydaşımızın uğrunda canlarını fəda etdiyi idealların bir qismi bu gün Azərbaycanımızın quzeyində gerçəkləşmişsə də, Azərbaycanımızın güneyində həmin ideallar uğrunda mübarizə ciddi bir şəkildə davam etməkdə, vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etməyə hazır olan yüz minlərlə fədakar Azərbaycan övladı sarsılmaz bir əzm və iradə ilə bu şərəfli yolda yürüməkdədir.

Ümid edirik ki, milli azadlıq və milli müstəqilliyimizə doğru bu böyük yürüyüşün qarşısını zorakılıq, qəddarlıq və silahla almaq istəyən hakim fars şovinistləri 20 Yanvar 1990-cı ildə göstərdiyi böyük qəhrəmanlıq örnəyindən, güclü hərb maşınına baxmayaraq rus imperiasının uğradığı böyük həzimətdən lazımi ibrəti alacaqlar.

Azerbaycan Milli Azadlıq teşkilatı (AMAT) olaraq, 20 Yanvar şəhidlərinin dəyərli xatirələrini əzizləyir, onların yüksək amal və ideallarının davamçısı olacağımızı, şəhidlərimizin müqəddəs qanlarının yerdə qalmayacağına inancımızın tam olduğunu bəyan edirik.

Hiç yorum yok: