azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

20 Ocak 2009 Salı

Barak Obamanın andiçmə mərasimi başlayır

Barak Obamanın andiçmə mərasimi başlayır

20:31 20-01-2009





Bu gün ABŞ prezidenti kimi and içəcək Barak Obama həyat yoldaşı Mişel Obama ilə birlikdə Ağ Evə gəlib.

APA-nın Vaşinqtonda andiçmə mərasimini izləyən əməkdaşının xəbərinə görə, onları Corc Buş və xanımı Laura Buş qarşılayıb. Bundan sonra onlar Obamanın xələf olaraq elan ediləcəyi toplantıya qatılıblar.

Bundan öncə isə Obama xanımı ilə birlikdə kilsəyə gedərək dua edib.

Barak Obamanın bir az sonra keçiriləcək andiçmə mərasimini izləmək üçün Konqres binasının önündəki Milli Parka (National Hall) 1 milyondan artıq insan toplanıb.

Vaşinqtonun hər tərəfində insan seli var. Metroların önündə uzun növbələr var.

Paytaxtda ciddi təklükəsizlik tədbirləri görülüb.

LENT.AZ



Xəbərin oxunma sayı: 62

Hiç yorum yok: