azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

20 Ocak 2009 Salı

İRANDA “MƏXMƏRİ İNQİLAB” PLANI BAKIDA HAZIRLANIB

İRANDA “MƏXMƏRİ İNQİLAB” PLANI BAKIDA HAZIRLANIB
Tehrandan Azərbaycana növbəti ittiham
Qonşu dövlətin kəşfiyyatı 32 milyon dollar ayrılmış planın üstünü açıb, həbs edilənlər var



İran xüsusi xidmət orqanları ötən gün ölkədə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin yeni agentura şəbəkəsinin ifşa olunduğunu açıqlayıb. Xüsusi xidmət orqanlarından bildiriblər ki, ölkədə islam rejimini devirmək istəyən bu şəbəkə Bakıdan idarə olunub. “Tehran Times” qəzetinin İranın əks-kəşfiyyat xidmətinin yüksək səlahiyyətli şəxslərindən birinə istinadən yaydığı xəbərə görə, Mərkəzi Kəşfiyyat İdarəsi bu planı həyata keçirmək üçün 32 milyon dollar ayırıb. Bildirilir ki, casus şəbəkəsinin ifşa olunması haqda ötən həftə məlum olub.
İranın rəsmi KİV-i Amerika kəşfiyyatına işləməkdə ittiham olunan dörd nəfərə hökm kəsildiyi haqda məlumat yayıblar. Məlumata görə, istintaq müəyyən edib ki, bu şəxslər ABŞ-ın İrana qonşu ölkələrdəki kəşfiyyat şəbəkəsi vasitəsilə idarə olunublar.
SEPAH-ın əks-kəşfiyyat xidmətinin rəhbəri deyib ki, ABŞ regionun müxtəlif ölkələrində, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində, Türkiyədə, Azərbaycanda və Küveytdə özünün kəşfiyyat strukturlarının imkanlarından istifadə edir. Məqsəd İranda “məxməri inqilab” həyata keçirməkdir. “Biz dəqiq bilirik ki, bu adamlar Amerika kəşfiyyatından tapşırıq alıblar. Onlar dəfələrlə Bakıda, İstanbulda, Dubayda və başqa şəhərlərdə Amerika kəşfiyyatçıları ilə görüşərək təlimatlar alıblar. Bu adamlar Amerika kəşfiyyatının tapşırıqlarını can-başla yerinə yetiriblər”-, deyə adını açıqlamayan əks-kəşfiyyat rəhbəri bildirib. O deyib ki, İranda çevriliş hazırlamaq planında onlarla adamın adı keçir. Məmur həbs edilənlərdən yalnız ikisinin adını açıqlayıb. Bunlar İran həkimləri Araş və Kamiyar Alayidir. Onlar QİÇS virusunun təhqiqatı ilə məşğul olublar. İranın “Fars” agentliyi isə bu plana dəxli olan konkret Amerika rəsmisinin adını çəkib. Bu, dövlət katibinin müavini Uilyam Berns, dövlət katibinin mədəniyyət işləri üzrə köməkçisi Qoli Ameri və ölkənin Dubaydakı konsulluğunun əməkdaşı Ramir Asqardır.
Qeyd edək ki, İran xüsusi xidmət orqanları son vaxtlar bir-birinin ardınca Azərbaycanı ABŞ-ın bu ölkə ilə bağlı gizli planlarında yer almaqda ittiham edir. Bundan əvvəl xəbərlər yayılmışdı ki, İranda Amerikanın xüsusi xidmət orqanlarına işləyən iki Azərbaycan vətəndaşı həbs edilib. Onların Azərbaycanın xüsusi xidmət orqanlarının agentləri olduğu və sərhədi gizli keçərək İrana daxil olarkən Ərdəbildə yaxalandığı xəbər verilirdi. Həmçinin bu yaxınlarda İran “Mossad”ın ölkədəki kəşfiyyat və diversiya şəbəkəsinin aşkar olunduğunu açıqladı. Bildirilirdi ki, həmin şəbəkə də Azərbaycan üzərindən İranın nüvə proqramlarını pozmaq üçün əməliyyatlar həyata keçirib. Bütün bu ittihamlara Azərbaycan xüsusi xidmət orqanlarının rəsmi reaksiyası məlum deyil. Lakin nəzərə alınmalıdır ki, belə ittihamlar bir çox hallarda qarşılıqlı olur. Məsələn, MTN İran xüsusi xidmət orqanlarını Azərbaycanda BTC-nin partladılması da daxil olmaqla, bir sıra diversiyalar hazırlamaqda ittiham etmişdi. İranda isə ittiham edirlər ki, Azərbaycan ABŞ və İsrail kəşfiyyatının öz ərazisində fəaliyyətinə imkan yaradıb, bu ölkələrin xüsusi xidmət orqanları Azərbaycan üzərindən kəşfiyyat məlumatları toplayır və müxtəlif gizli əməliyyatlar həyata keçirir. Qeyd olunmalıdır ki, Qərb mənbələrində də belə məlumatlar yer alır. Məsələn, bu yaxınlarda belə məlumatlar getmişdi ki, İsrail və Amerika kəşfiyyatı İranın nüvə proqramlarını pozmaq üçün Azərbaycan, Türkiyə və bir sıra digər ölkələr üzərindən gizli əməliyyatlar həyata keçirib.
M.MEHDİ
1052 dəfə baxılıb

Hiç yorum yok: