azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Ocak 2009 Pazartesi

Bakı Metropoliteni 20 Yanvarla bağlı xüsusi tədbirlər planı hazırlayıb

Bakı Metropoliteni 20 Yanvarla bağlı xüsusi tədbirlər planı hazırlayıb

Sabah bütün metrostansiyalarda matəm musiqisi səsləndiriləcək
Bakı Metropoliteni 20 Yanvar faciəsi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb. Metropolitendən verilən məlumta görə, sabah bütün metro stansiyalar matəmə uyğun qərənfil və qara lentlərlə bəzədiləcək. Metronun 20 Yanvar stansiyasında isə hər il olduğu kimi anım mərasimi keçiriləcək. Bütün stansiyalarda matəm musiqisi səsləndiriləcək və saat 12:00-da metro qatarlarının hərəkəti bir dəqiqə dayandırılaraq fit veriləcək.
20 Yanvar günü səhər saatlarından etibarən Milli Elmlər Akademiyası metro stansiyasından Şəhidlər Xiyabanı istiqamətdə hərəkət edən avtobuslar axşam saatlarına qədər pulsuz fəaliyyət göstərəcək.
Qeyd edək ki, ziyarətçilərin xiyabana gəlişini asanlaşdırmaq üçün polis gücləndirilmiş iş rejimində işləyəcək. Ziyarətçilərin hərəkətində problem yaranmaması üçün Əzizbəyov heykəlindən Parlament prospekti də daxil olmaqla Xiyabana gedən bütün yollar bağlanacaq./ANS TV/

Hiç yorum yok: