azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

20 Ocak 2009 Salı

OBAMA AND İÇDİ

OBAMA AND İÇDİ
2009-01-20 - 22:48:00




Bu gün Vaşinqtonda Barak Obamanın andiçmə mərasimi keçirilib. O, ABŞ-ın 44-cü prezidentidir.

B.Obamanın andiçməsində 150 il bundan əvvəl quldarlığa son qoymuş Amerika prezidenti Abraham Linkolnun əlini basaraq and içdiyi İncildən istifadə olunub. B.Obama ölkə konstitusiyasına riayət edəcəyinə, konstitusiyanı qoruyacağına, Amerika xalqına xidmət edəcəyinə and içib.

Mərasimdə ABŞ-ın keçmiş prezidentləri Bil Klinton, ata Corc Buş və Cimmi Karter də iştirak ediblər.

«Bi-Bi-Si» xəbər verir ki, andiçmə mərasiminə tamaşa etmək üçün yüz minlərlə insan gəlib. Onlar Linkoln xatirə abidəsindən Kapitoli binasına qədər uzanan insan axını yaradıblar.

Andiçmə ilə əlaqədar Vaşintonda böyük təhlükəsizlik əməliyyatı həyata keçirilib, küçələr və metro stansiyaları bağlanıb, uçuşlara məhdudiyyət qoyulub.

İnauqurasiya münasibətilə Vaşinqtonda 10 rəsmi ziyafət təşkil olunub.

«Bi-Bi-Si»nin keçirdiyi sorğuya görə, dünyada B.Obamanın prezidentliyə başlaması ilə bağlı yüksək nikbinlik var. 17 ölkədə aparılmış sorğu göstərib ki, bir coxları Obama prezidentliyinin ABŞ ilə dünyanın qalan hissəsi arasında münasibətləri yaxşılaşdıracağına ümid bəsləyir.




«Media forum»

Hiç yorum yok: