TEHRANIN EVİN ZİNDANINDA YANĞIN BAŞ VERİB
2009-01-22 - 12:58:00
çap versiyası
Evin zindanının giriş qapısı
Yanvarın 22-də səhər Tehranın Evin zindanında naməlum səbəblər üzündən yanğın baş verib.
«Media forum» saytı xəbər verir ki, İranın «Mehr» agentliyi yanğınla bağlı yaydığı məlumatda zindanın ətrafındakı təpələrdən qatı tüstü qalxdığını bildirib. Məlumatda yanğınsöndürənlərin hadisə yerində olduğu və alovu söndürməyə çalışdığı vurğulanıb.
Tehranın şimalında Dərəkə adlanan yerdə təpələr arasında yerləşən Evin həbsxanasında əsasən müxalif düşüncəli siyasi məhbuslar saxlanır. Burda cəza çəkənlər arasında Azərbaycan türkləri də az deyil.
Evin zindanında yanğın siyasi və ictimai fəalların, hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub. Yanğının bilərəkdən törədilib-törədilmədiyi hələ bilinmir.
Qeyd edək ki, İranda şahlıq dövründə bəzi siyasi məhbusları aradan götürmək üçün zindanlarda bilərəkdən yanğınlar törədilir və bu, təsadüfi hadisə kimi qələmə verilirdi.
«Media forum»
22 Ocak 2009 Perşembe
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder