azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

20 Ocak 2009 Salı

İranda prezidentliyə namizədlərin sayı artır

İranda prezidentliyə namizədlərin sayı artır

11:53 20-01-2009





İranın keçmiş daxili işlər naziri Mustafa Pur-Məhəmmədi qarşıdan gələn prezident seçkilərində iştirak edəcəyini açıqlayıb. Lent.az-ın məlumatına görə, bu barədə İranda yayımlanan ingilis dilindəki “Press TV” kanalı məlumat yayıb.

Mustafa Pur-Məhəmmədi 2008-ci ilin mayına qədər daxili işlər naziri postunu tutub. Sonra isə prezident Mahmud Əhmədinejad siyasi baxışlarındakı fərqə görə onu vəzifədən kənarlaşdırıb. Hüquq müdafiə təşkilatları 49 yaşlı Pur-Məhəmmədini 1988-ci ildə İran həbsxanalarında minlərlə siyasi məhbusun qətlində ittiham edirlər.

Qeyd edək ki, bundan əvvəl İran Milli İnam Partiyasının baş katibi Mehdi Kərrubi, əmək və sosial məsələlər naziri Məhəmməd Cəhromi, Məhəmməd Hatəminin dövründə birinci vitse-prezident postunu tutan Məhəmməd Reza Arif seçkidə iştirak edəcəklərini açıqlayıblar. Hazırkı prezident Mahmud Əhmədinejadın da seçkilərə qoşulacağı istisna deyil.

İranda prezident seçkiləri 2009-cu il iyunun 12-də keçiriləcək.

LENT.AZ



Xəbərin oxunma sayı: 102

Hiç yorum yok: