azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

25 Kasım 2008 Salı

Bu gün ANS TV-nin ilk yayım günündən 17 il keçir

İç Xəbər / 26.11.2008 00:14
Bu gün ANS TV-nin ilk yayım günündən 17 il keçir

Mirşahin Ağayev: «ANS bütün mərhələlərdə həm birinciliyin şərəfindən, həm də çətinliklərindən keçməli olub»
17 il və ya 6214 gün, 149136 saatdır ki, ans efirdədir. Düz 17 il əvvəl, noyabrın bu günü «Xəbərçi» ilk dəfə 8 dəqiqəlik efir vaxtı ilə efir üzü gördü. «Bayatı-şiraz» muğamının «Babək» filmi üçün işlənmiş fraqmentinin müşayiəti ilə televiziya məkanına ANS gəldi. Azərbaycan televiziyasının binasında icarəyə götürdüyü 15 kvadratmetrlik otaqdan ölkəyə yayımlanan, bütün qütbləri işıqlandıran, dəqiqlik, qərəzsizlik, vicdanlılıq prinsipini əlində, əməlində rəhbər tutan ANS, postsovet məkanında ilk müstəqil televiziya oldu. Bu illər ərzində ANS tarix yazdı, həm də tarixi yaşatdı. ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin sözlərinə görə, Azərbaycanda birinci müstəqil teleşirkət olan ANS bütün mərhələlərdə həm birinciliyin şərəfindən, həm də çətinliklərindən keçməli olub: «Bu nöqteyi-nəzərdən yanaşanda, müstəqil olan təkcə ANS deyildi. Müstəqil teleradio şirkəti olan ANS yaranmaqla, Azərbaycanda ilk müstəqil tamaşaçını yaradırdı. O vaxta qədər tamaşaçılarımız gözləyirdi ki, həmişə kimsə nəyisə öyrətməlidir. Onlara mütləq ağa-ağ, qaraya-qara olduğunu demək lazım idi. Biz isə müstəqil televiziya olaraq, rəngləri sadəcə göstərməklə kifayətlənirdik. Tamaşaçı özü seçim edirdi. Bu baxımdan birinci müstəqil televiziya olan ANS-in əməkdaşlarının keçdiyi çox çətin, müşkül, mürəkkəb problemləri xatırlamamaq mümkün deyil».

17 illik tarixə malik ANS-in muzeyində televiziya sahəsində ilk qədəmlərini atmağa başladığı andan istifadə olunmuş avadanlıq saxlanılır. Bunların arasında Şuşa üzərində vurulan vertolyotu, Daşaltı əməliyyatını, Laçını və daha nələri çəkən ANS-in ilk kamerası, döyüş materiallarına baxmaq üçün monitor kimi istifadə olunan televizoru, iş sürəti çap maşınının sürətindən aşağı olsa da heç kimi dar ayaqda qoymayan və müharibəni yazan ANS-in ilk kompüteri də var.

«Xəbərçi» və «Salam, Azərbaycan» başda olmaqla, verlişlər ANS-in yazdığı yeni və ən yeni tarixdir. Onun arxivi Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizəsinin, böyük iqtisadi tənəzzül və tərəqqi faktlarının, birinci Qarabağ savaşının informasiya bankıdır. ANS-in müxbirləri Qarabağ, Çeçenistan, Gürcüstan, Osetiya, Abxaziya, İnquşetiya, Əfqanıstan, İran olaylarından, Ukrayna, Qırğızıstan və Gürcüstandakı inqilablar, minilliyin dəhşətli zəlzələlərinin yerlə yeksan etdiyi ölkələrdən, Kosovodan, İsraildən və onlarla başqa qaynar nöqtələrdən xəbər verir və dünyanın BBC, CNN kimi kanalları ilə ayaqlaşmağa çalışırdı. Ən əsası isə döyüşü alnına yazanların televiziyasına çevrilmiş ANS deyəndə, ağıla ilk növbədə Qarabağ savaşının ən qaynar nöqtələrini lentinə köçürən, vətənpərvərlik ruhunu aşılayan telekanal görünür. Azərbaycan məkanına sığmayan ANS-i xalq, dövlətçilik düşündürdüyü kimi, xalq da ANS-lə maraqlanır.

Bu gün ANS-ə təkcə Azərbaycanda yox, bütün dünyada baxırlar. 2002-ci ildən ANS Müstəqil Yayım və Media Şirkəti peyk vasitəsilə yayıma başlayıb. Bu gün ANS tək deyil, ondan sonra yaranmış hər bir özəl kanalda ANS-dən nəsə, kimsə var. İndi ANS torpaqların düşmən tapdağından azad olunacağı günü gözləyir-bu xəbəri birinci vermək üçün. ANS və ANS-çilər buna hər an hazırdırlar. /ANS PRESS/

Hiç yorum yok: