azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

25 Kasım 2008 Salı

KONQRESSİN HELSİNKİ KOMİSSİYASI İLHAM ƏLİYEVİ QƏRB RADİOSTANSİYALARINI BAĞLAMAMAĞA ÇAĞIRIB

KONQRESSİN HELSİNKİ KOMİSSİYASI İLHAM ƏLİYEVİ QƏRB RADİOSTANSİYALARINI BAĞLAMAMAĞA ÇAĞIRIB

ABŞ Konqressinin Helsinki Komissiyası Azərbaycan prezidenti İlham Əliyevə rəsmi Bakının 2009-cu ildən qərb radiostansiyalarının yerli tezliklərdə yayımlanmasını qadağan etmək planları ilə əlaqədar məktub göndərib. Məktubda deyilir: “Hörmətli cənab prezident, Biz MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin bu yaxınlarda 2009-cu ildən yerli tezliklərdə “Azadlıq”, “Amerikanın səsi” və BBC radiolarının yayımını dayandırmaq niyyəti haqda bəyanatından narahatlığımızı bildiririk. O, bu addımı 2002-ci il tarixli xarici yayımçıların yayım hüquqlarını məhdudlaşdıran qanunla əsaslandırıb. Bildiyiniz kimi, “Azadlıq” və “Amerikanın səsi” radioları ABŞ Konqressi tərəfindən maliyyələşdirilir. Azərbaycanda çoxları bu radioları dinləməklə obyektiv informasiya əldə edir. Azərbaycan Qərb qurumlarına inteqrasiya etdikcə bu radiostansiyalar mətbuat peşəkarlığı nümunəsi olacaq və Azərbaycan vətəndaşlarını obyektiv və innovasiya proqramları ilə təmin edir. Başa düşürük ki, Azərbaycanda FM radiolara çıxış İnternetdən daha çoxdur. Əgər “Azadlıq” və “Amerikanın səsi” radiolarının qısa dalğalarda yayımı dayandırılsa, milyonlarla azərbaycanlı bu verilişləri eşidə bilməyəcək. Biz əminik ki, bu, onlar üçün böyük itki olacaq. “Azadlıq” və “Amerikanın səsi” radiolarının bağlanması əvəzinə biz Azərbaycanda KİV-də plürelist mühitin inkişafını görmək istərdik. Siz ikinci prezidentlik müddətində səlahiyyətlərinizə başlayırsınız və ikitərəfli münasibətləri gücləndirmək məqsədilə prezident Barak Obama ilə yazşı iş münasibətləri qurmağa hazırlaşırsınız. Biz inanırıq ki, bu radioların bağlanması bunun üçün doğru yaxşı siqnal olmayacaq. Bu radiostansiyalar sizin müasir və çiçəklənən dövlət qurmaq məqsədləriniz üçün əvəzsizdir. Ümid edirik ki, bu stansiyaların uzun illər ərzində olduğu kimi, yerli tezliklərdə yayımını dayandırması üçün yol tapacaqsınız”. Məktubu Alsi Hastinq, Benjamin Kardin, Kristofer Smit imzalayıb. * Helsinki Komissiyası ABŞ hökumətinin 1975-ci il Helsinki aktının müddəalarının tətbiqinə nəzarət edən şöbəsidir. Komissiya 9 senator, 9 konqresmen, həmçinin, ABŞ Dövlət Departamenti, Müdafiə və Ticarət nazirliklərinin nümayəndələrindən ibarətdir.

15:57 / 25.11.2008

Hiç yorum yok: