azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

25 Kasım 2008 Salı

Naxçıvanlı elm adamları beynlxalq simpoziumda iştirak ediblər

Naxçıvanlı elm adamları beynlxalq simpoziumda iştirak ediblər

14:36 25-11-2008





Türkiyənin Burdur vilayətində şair Mehmet Akif Ersoyun həyat və yaradıcılığına həsr olunmuş I Uluslararası Mehmet Akif Ersoy simpoziumu keçirilib.

Simpoziuma Naxçıvanlı elm adamları - AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev, filologiya elmləri namizədi Fərqanə Kazımova və filologiya elmləri namizədi Lütfiyyə Əsgərzadə də qatılıb.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən Lent.az-a verilən məlumata görə, tədbirdə dünyanın 21 ölkəsindən 143 məruzəçi çıxış edib.

Mehmet Akif Ersoy Universiteti tərəfindən hazırlanmış simpoziumda Əbülfəz Quliyevin “Mehmet Akifin Qurtuluş savaşı illərindəki ədəbi fəaliyyəti üzərində bir incələmə”, Fərqanə Kazımovanın “Türk dünyasının iki tanınmış şairi: Mehmet Akif Ersoy və Əhməd Cavad” və Lütfiyyə Əsgərzadənin “Mehmet Akif Ersoy və Azərbaycan şairləri” mövzularında məruzələri dinlənilib.

Mehmet Akif Ersoy Universitetinin rektoru, professor Gökay Yıldız həmyerlilərimizi simpoziumda görməkdən məmnun olduğunu deyib, qardaş ölkələrimiz arasında geniş və hərtərəfli əlaqələrin olduğundan ətraflı danışıb. Rektor AMEA Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universiteti ilə yaxından tanış olduğunu qeyd edərək, qarşılıqlı elmi əlaqələrin bundan sonra da güclənməsinin vacibliyini vurğulayıb.

Tədbirin sonuncu günündə Burdur vilayətinin tarixi-mədəniyyət abidələri ilə yaxından tanışlıq, eyni zamanda İnsu mağarasına və şəhərdən 1700 metr yüksəklikdə yerləşən antik Saqalasos şəhərinə gəzinti təşkil olunub.

Hiç yorum yok: