Türkiyə səfiri Əli Babacanın Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb
13:56 25-11-2008
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç ölkəsinin xarici işlər naziri Əli Babacanın Azərbaycana gözlənilən səfəri ilə bağlı açıqlama yayıb.
Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, açıqlamada bildirilir ki, Ə. Babacan daha əvvəl və son dəfə 12 noyabr 2008-ci il tarixində Türkiyə mətbuatına verdiyi açıqlamada yaxın zamanda Azərbaycana səfərinin gündəmdə olduğunu söyləyib: “Bu xəbər Azərbaycan mətbuatında da dərc olunmuşdu. Nazirin bu səfərinin gerçəkləşməsi üçün hazırlıqlar davam edir, səfərin tarixi daha dəqiqləşməyib. Buna dair noyabrın 25-də yayılan məlumat, görünür, səfirliyimizin mətbuat müşavirliyi tərəfindən səhvən əks etdirilib. Cənab Babacanın Azərbaycana səfərinin tarixi dəqiqləşdikdə rəsmi açıqlama veriləcək”.
Qeyd edək ki, Türkiyə səfirliyindən Ə. Babacanın 30 noyabr - 1 dekabr tarixində Azərbaycanda rəsmi səfərdə olacağı bildirilib.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder