azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

26 Kasım 2008 Çarşamba

ERMƏNİSTAN-TÜRKİYƏ DANIŞIQLARININ QARANLIQ TƏRƏFİ

ERMƏNİSTAN-TÜRKİYƏ DANIŞIQLARININ QARANLIQ TƏRƏFİ
Ankara bir-birinin ardınca İrəvana jestlər edir, ancaq erməni tərəfinin hansısa xoş məram göstərdiyi haqda fakt yoxdur



Türkiyənin Ermənistanla münasibətlər qurmaq üçün başlatdığı diplomatik proses bir gün əvvəl İstanbulda iki ölkə xarici işlər nazirlərinin danışıqları ilə davam edib. Türkiyəli həmkarı ilə görüşdən sonra Ermənistanın xarici işlər naziri ön şərt olmadan sərhədlərin açılmasına çağırıb. Edvard Nalbəndyan prezident Serj Sərkisyanın gələn ilin oktyabr ayında Türkiyə-Ermənistan futbol matçını izləmək üçün prezident Abdullah Gülün dəvəti ilə İstanbula gələcəyini bildirib.
Lakin o, keçirdiyi mətbuat konfransında Ankaranın gələn ay Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi üçün Türkiyə, Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə üçtərəfli danışıqların təşkil olunmasına dair təşəbbüsünə reaksiya verməyib. Bundan əvvəl erməni tərəfi həmin təklifin rəsmən onlara daxil olmadığını bildirmişdi.
Nalbəndyan qeyd edib ki, ikitərəfli münasibətlərin normallaşdırılması üçün dialoq davam edəcək. Onun sözlərinə görə, Abdullah Gülün İrəvana səfəri bunun üçün yaxşı zəmin yaradıb. Nalbəndyan bildirib ki, İrəvan heç bir ön şərt olmadan diplomatik əlaqələrin qurulması, sərhədlərin açılmasına tərəfdardır. Ermənistan xarici işlər naziri Qarabağ probleminin həlli istiqamətində müsbət addımlar atıldığını bildirib. Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşünün Qarabağ probleminin həllində əhəmiyyətli addım olduğunu qeyd edən nazir ikitərəfli müzakirələrin davam etdiyini və dekabr ayında və ya gələn ilin əvvəlində iki ölkənin xarici işlər nazirləri arasında görüş keçiriləcəyini söyləyib.
Türkiyə tərəfi Ermənistanla danışıqların nəticələri haqda heç bir açıqlama verməsə də, mətbuat müəyyən mülahizələr irəli sürüb. Bəzi qəzetlər yazırlar ki, Ankara Ermənistanın qondarma soyqırım iddialarının tarixçilər tərəfindən araşdırılmasına razılıq verməsinin qarşılığında səfirlik açmadan İrəvana diplomatik nümayəndə göndərməyi təklif edib. O da bildirilir ki, artıq Ankara Ermənistanın Azərbaycan ərazilərini işğaldan azad etməsi şərtini danışıqlarda arxa plana keçirib. Lakin Ermənistan Türkiyə ilə diplomatik münasibətlərin heç bir ilkin şərt irəli sürülmədən qurulmasında israr edir. Məlumatlara görə, Nalbəndyan deyib ki, diplomatik münasibtələrin qurulmasından və sərhədlərin qismən də olsa açılmasından sonra bütün problemləri müzakirə etmək olar.
Türkiyə-Ermənistan danışıqlarını şərh edən “The Financial Times” qəzeti yazıb ki, Ankara İrəvanın heç bir ilkin şərt qoyulmadan diplomatik münasibətlər qurmaq təklifini qəbul edə bilməz. Çünki bu, Azərbaycanla Türkiyə arasında mühüm enerji tərəfdaşlığına mənfi təsir edərdi. Buna baxmayaraq, Türkiyə birtərəfli qaydada bir-birinin ardınca Ermənistana xoşməramlı jestlər edir. Xəbər verildiyi kimi, Türk Hava Yolları İrəvana çarter reyslərinin açılması üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət edib. Həmçinin Türkiyə özəl şirkət vasitəsilə Ermənistandan eleketrik enerjisinin idxalına başlayacaq. Bundan əvvəl Türkiyə öz hava məkanını Ermənistana və geriyə uçan bütün təyyarələr üçün açıq elan etmişdi. Həmçinin bu təyyarələr Türkiyə hava limanlarında enə də bilər. Bütün bunların əvəzində İrəvanın hansısa xoşməramlı jest nümayiş etdirdiyi haqda fakt yoxdur. Ermənistanın Qarabağ məsələsində mövqeyində hansısa ciddi dəyişiklik müşahidə olunmur. “Soyqırım” məsələsində də İrəvanın siyasəti dəyişməyib. Doğrudur, bəzi Türkiyə mənbələri Ermənistanın “soyqırım” məsələsini tarixçilər səviyyəsində birgə müzakirə etməyə hazır olduğunu xəbər veriblər. Ancaq bu xəbərlər dərhal təkzib olunub. Ermənistan bəyan edir ki, bu məsələdə siyasət dəyişməyib. Belə olan halda Türkiyənin birtərəfli jestlərinin, hətta Qarabağ məsələsində mövqeyini yumşaltmağa hazır olmasının hansı nəticələr verdiyi qaranlıq qalır. Belə qənaət yaranır ki, indi Türkiyə Ermənistanla münasibətlər qurmaq üçün daha çox maraqlı və asılı olan tərəfdir.
F.MƏMMƏDOV
musavat

Hiç yorum yok: